2x Academy
Bütün BootCamp proqramları
2x BootCamp · Video montaj

Video Montaj (CapCut)

Sıfırdan başlayaraq CapCut-da peşəkar səviyyədə video montaj etməyi öyrən.

2x BootCamp Video Montaj proqramı CapCut-ı ilk dəfə açanlar üçün nəzərdə tutulub. İnterfeysə tanışlıqdan başlayır, kəsmə, səs, altyazı, keçid və effektlərdən keçərək keyframe, maskalama və yaşıl ekran kimi qabaqcıl texnikalara qədər gedir. Proqram yekun layihə ilə tamamlanır. Kursu bitirəndə portfoliona qoya biləcəyin tam bir video hazır olur.

8 həftəHəftədə 2 dəfə · hər dərs 2 saatHibrid: online və əyaniBakı, Azərbaycan8 modul · 30 mövzu

Proqramı bitirəndə əlində olacaq bacarıqlar:

CapCut-ı mobil və PC-də sıfırdan quraşdırıb interfeysdə sərbəst işləmək
Timeline-da kadr kəsmək, bölmək, birləşdirmək və sürəti idarə etmək
Fon musiqisi, səs effektləri və səsləndirmə (voiceover) ilə işləmək
Avtomatik altyazı, mətn animasiyaları və stikerlərlə video hazırlamaq
Keçidlər, filtrlər və viral effektləri düzgün yerdə tətbiq etmək
Keyframe, maskalama, yaşıl ekran və motion tracking ilə qabaqcıl səhnələr qurmaq
LUT, əyrilər və rəng korreksiyası ilə videoya peşəkar görünüş vermək
Instagram, TikTok və YouTube üçün doğru kadr nisbətində video ixrac etmək

  • Sosial media üçün video hazırlamaq istəyən, montajı sıfırdan öyrənənlər
  • Öz kontentini çəkən content creator və bloggerlər
  • SMM və marketinq sahəsində reels/short hazırlayanlar
  • Montajı əlavə gəlir mənbəyinə çevirmək istəyən tələbələr və məzunlar

  • Smartfon və kompüter. Hər ikisi üçün ayrıca göstərilir.
  • Əvvəlcədən montaj təcrübəsi tələb olunmur, proqram sıfırdan başlayır
  • CapCut-ın quraşdırılması ilk modulda birlikdə edilir

Dərslər həm online, həm də ənənəvi (əyani) formatda keçirilir. İştirak formatını özün seçirsən.

Location

Online dərslər

Dərslər canlı online formatda keçirilir. Bakıdan kənarda olsan da iştirak edə bilərsən.

Ənənəvi (əyani) dərslər

Eyni proqram ənənəvi (əyani) formatda, auditoriyada da tədris olunur. Qeydiyyat zamanı hansı formatda iştirak edəcəyini seçirsən.

Bakı, Azərbaycan

Dərs cədvəli

Kursun müddəti8 həftəHəftədə 4 saat, ümumilikdə 32 saat
Dərs tezliyiHəftədə 2 dəfə
Bir dərsin müddəti2 saat
Həftəlik yük4 saat
FormatOnline və əyaniQeydiyyat zamanı seçilir
MəkanBakı, AzərbaycanƏyani dərslər üçün
Dərs saatlarıQrup formalaşdıqdan sonra elan olunur

Proqram 8 moduldan ibarətdir. Hər modul əvvəlkinin üzərinə qurulur, sıfırdan başlayıb yekun layihə ilə tamamlanır.

1
Modul 1

Giriş

Məqsəd: CapCut interfeysi ilə tanış olmaq.

Mövzu
1.1CapCut nədir? Proqramın imkanları və üstünlükləri
1.2CapCut-ı mobil və PC-yə yükləmək və quraşdırmaq
1.3İnterfeysə baxış: əsas panellər, alətlər və menyular
1.4İlk layihənin yaradılması: media fayllarının idxalı
2
Modul 2

Əsas tanışlıq

Məqsəd: Videoları kəsmək, birləşdirmək və əsas redaktə əməliyyatlarını mənimsəmək.

Mövzu
2.1Timeline ilə iş: kadr əlavə etmək, silmək və yerləşdirmək
2.2Videoları kəsmək (Trim), bölmək (Split) və birləşdirmək (Merge)
2.3Klip sürətini dəyişmək (Speed) və tərsinə çevirmək (Reverse)
2.4Laylar (Layers) ilə iş: videoları üst-üstə yerləşdirmək
2.5Kadr nisbəti (Aspect Ratio): müxtəlif platformalar üçün tənzimləmə
3
Modul 3

Audio və Səs Redaktəsi

Məqsəd: Musiqi, səs effektləri və səsləndirmə əlavə etməyi öyrənmək.

Mövzu
3.1Fon musiqisi əlavə etmək
3.2Səs effektləri (Sound Effects) əlavə etmək
3.3Səsləndirmə (Voiceover) yazmaq və redaktə etmək
3.4Səs səviyyələrini tənzimləmək və audio sinxronizasiya
4
Modul 4

Mətn, Altyazı və Qrafika

Məqsəd: Video hekayəsini mətn, altyazı və qrafik elementlərlə zənginləşdirmək.

Mövzu
4.1Mətn əlavə etmək, başlıqlar (Titles) və alt-yazılar (Subtitles)
4.2Avtomatik altyazı (Auto Caption)
4.3Mətn animasiyaları
4.4Stikerlər, overlays və animasiyalı qrafikalar
5
Modul 5

Keçidlər, Filtrlər və Effektlər

Məqsəd: Videolar arası keçidlər, vizual effektlər və filtrlər tətbiq etmək.

Mövzu
5.1Keçidlər (Transitions): növləri və tətbiqi
5.2Filtrlər və rəng korreksiyası (Color Correction)
5.3Vizual effektlər (Effects): glitch, motion blur, zoom
5.4Viral keçid texnikaları
6
Modul 6

Qabaqcıl Redaktə Texnikaları

Məqsəd: Keyframe, maskalama, yaşıl ekran və digər qabaqcıl alətləri mənimsəmək.

Mövzu
6.1Keyframe ilə animasiya
6.2Maskalama (Masking) ilə klonlama effekti
6.3Yaşıl ekran (Chroma Key / Green Screen)
6.4Arxa fonu təmizləmə (Background Removal)
6.5Motion Tracking
6.6Walter Murch nəzəriyyəsi haqqında qısa məlumat
7
Modul 7

Rəng Qradinqi və Vizual Təkmilləşdirmə

Məqsəd: Videolara peşəkar görünüş vermək üçün rəng düzəlişləri etmək.

Mövzu
7.1Rəng korreksiyası: parlaqlıq, kontrast
7.2LUT-lar (Look-Up Tables) ilə iş
7.3Əyrilər (Curves) və qradientlər
8
Modul 8

Yekun layihə

Məqsəd: Bütün öyrənilənləri tətbiq edərək tam bir video hazırlamaq.

Qeydiyyat və ətraflı məlumat

Növbəti qrupun başlama tarixi, dərs saatları və iştirak şərtləri barədə WhatsApp vasitəsilə yaza bilərsən. Bütün suallarını cavablandıraq.

WhatsApp ilə əlaqə saxla