İxtisası necə seçim?
Düzgün qərar üçün addım-addım bələdçi. Platformamızdakı bölmələri tanı və ixtisas seçimini şüurlu şəkildə et.
Universitetlər haqqında məlumat topla
Azərbaycanda ümumilikdə 50-dən çox universitet fəaliyyət göstərir. Bu universitetlərin hər biri fərqli binalara, fərqli xüsusiyyətlərə və fərqli akademik heyətə malikdir. İxtisasını seçməzdən əvvəl universitetlər haqqında ətraflı məlumat əldə etmək olduqca vacibdir — çünki harada oxuyacağın, nəyi və necə öyrənəcəyini birbaşa müəyyən edir.
- 1.Kampus haqqında araşdırma apar
- 2.Tələbə mühitini öyrən
- 3.Akademik heyət haqqında məlumat al
- 4.Universitet binaları və yerləşməsini tanı
Bəyəndiyin ixtisasların keçid ballarını araşdır
Bəyəndiyin ixtisasların keçid ballarını araşdır, yazmaq istədiklərini işarələ, daha sonra işarələdiklərin arasında müqayisə apar. İxtisasların əvvəlki illərin keçid ballarını analiz etmək çox vacibdir.
- 1.Bəyəndiyin ixtisasların ballarını araşdır
- 2.Yazmaq istədiklərini işarələ
- 3.İşarələdiklərin arasında müqayisə apar
- 4.Əvvəlki illərin keçid ballarını analiz et
Başqalarının təcrübəsindən öyrən və izlə
Bir çox universitet və ixtisasdan yuxarı kurs tələbələri ilə müsahibələr apardıq ki, həmin ixtisasın həmin universitetdə necə tədris olunduğu və tələbələrin nə dərəcədə razı qaldıqları barədə ümumi təsəvvür əldə edə biləsən. Real hekayələr sənin seçimini daha şüurlu etməyə kömək edir.
- 1.Yuxarı kurs tələbələrinin təcrübəsini öyrən
- 2.İxtisasın həmin universitetdə necə tədris olunduğunu izlə
- 3.Tələbələrin nə dərəcədə razı qaldığını öyrən
- 4.Real hekayələrdən nəticə çıxar