Tanışlıq və qəbul
2x Academy
Nuhay, özünü qısa təqdim et.
Mən Nuhayzadə. ADA Universiteti, Hüquq Fakültəsi, hüquqşünaslıq ixtisası üzrə dördüncü kurs tələbəsiyəm və bu il məzun olacam. 2022-ci ildə Akademik Zərifəliyev adına liseyi məzun olmuşam. Respublika fənn olimpiadalarında tarix fənni üzrə respublika üçüncüsü olaraq bürünc medal qazanmışam. Elə həmin ildə də ADA Universitetinə hüquqşünaslıq ixtisası üzrə qəbul oldum.
Keçid balı və güzəştlər
2x Academy
Keçid balı nə qədər idi və təhsil ödənişlimi?
Qəbul olduğum ildə keçid balı 548 idi. Hazırda artıb. Hüquq fakültəsində dövlət sifarişi əsasında qəbul aparılmır. Lakin müxtəlif güzəştlər mövcuddur:
- 600-650 bal: bir il müddətində 50% güzəşt.
- 650-687 bal: bir il müddətində 100% güzəşt.
- 687-700 bal: təhsil müddəti boyu 100% güzəşt.
Şərt var: ortalama 4 üzərindən hesablanır və minimum 3 olmalıdır.
GPA və təqaüdlər
2x Academy
GPA necə hesablanır?
Fənlər üzrə müxtəlif qiymətlər alırıq: A, A minus, B plus və s. Bu ballar əsasında topladığımız balların ortalaması hesablanır. Ortalama 1 GPA ilə 4 GPA arasında çıxır və o həmin semestrin ortalaması kimi qəbul edilir.
Dövlət universitetlərindəki adi, zərbəçi, əlaçı stipendiyaları hüquq fakültəsində yoxdur. Tələbələr semestr ortalamasına görə 100%, 50% və 25% güzəşt və müxtəlif sertifikatlar alırlar.
Niyə hüquq, niyə ADA
2x Academy
Hüquqşünaslıq və ADA seçiminin səbəbi nə idi?
Hüquqşünas olmaq uşaqlıq arzum idi. Cəmiyyətdə hər bir şəxsin mövqeyi olur və peşələr bu mövqenin formalaşmasında böyük rol oynayır. Düşünürdüm ki, hüquqşünas olduğum zaman özümü daha yaxşı ifadə edə, cəmiyyətə daha faydalı ola bilərəm.
ADA Universitetinin hüquq fakültəsi ölkədəki iki hüquq fakültəsindən biridir. Ən böyük kriteriyam ingilis dilli təhsil idi. Həmçinin ADA Universiteti beynəlxalq imkanları daha geniş yaradır.
Dərslər və ixtisasla əlaqə
2x Academy
Dərslər ixtisasınıza nə dərəcədə uyğun gəlir?
Keçirilən dərslərin demək olar ki, hər biri ixtisasımızla bağlıdır. İkinci kursun yayında məhkəmələrdə, üçüncü kursun yayında prokurorluqlarda praktika olur.
Mülki prosessual hüquq fənnini keçəndə bilirik ki, yayda məhkəmədə təcrübədə olacayıq. Cinayət prosessual hüququn ümumi və xüsusi hissəsi prokurorluq təcrübəsi üçün vacibdir. Bizdə bakalavrda elə fənlər keçirik ki, bəzi hüquqşünaslar onları magistrda keçib.
İmtahanlar: kazus və qanunvericilik
2x Academy
İmtahanlar necə olur?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADA Universitetinə hüquq üzrə keçid balı və ödəniş güzəştləri necədir?
Nuhayın qəbul olduğu 2022-ci ildə keçid balı 548 idi, hazırda artıb. Hüquq fakültəsində dövlət sifarişi yoxdur. 600-650 bal arası abituriyentlər bir il 50%, 650-687 bal arası bir il 100%, 687-700 bal arası isə təhsil müddəti boyu 100% güzəşt əldə edirlər. Ortalama 4 üzərindən minimum 3 olmalıdır.
ADA Universitetində imtahanlar necə keçir?
Semestr ərzində aralıq və final imtahanları olur, hər ikisi yazılı tipdə. Suallar və cavablar öncədən verilmir, bütün material öyrənilməlidir. Bir kazus verilir, onu qanunvericilik, nəzəri bilik və tənqidi yanaşma ilə həll etmək lazımdır. İmtahan özü çətin deyil, lakin bir həftəyə altı imtahan ola bilər.
ADA-da tədris dili necədir?
Hüquq fakültəsində dərslərin 40%-i ingiliscə, 60%-i azərbaycancadır. Azərbaycan qanunvericiliyinə aid fənlər azərbaycanca, digərləri ingiliscə keçirilir və imtahanı da müvafiq dildə olur. Sertifikatı olmayan tələbələr üçün bir semestrlik ingilis dili təkmilləşdirmə dərsləri var.
ADA Universitetində mübadilə proqramı necə işləyir?
Tələbələr bir semestr xarici ölkələrdə əməkdaşlıq universitetlərində oxuya bilirlər. Üç universitet seçilir və ortalama əsasında qəbul olunur. Uyğun gəlməyən fənlər kəsr sayılmır — tələbə geri döndükdən sonra həmin fənləri yenidən götürə bilər; uyğun fənlər isə keçmiş sayılır.
ADA hüquq fakültəsində praktika necə təşkil olunur?
Hüquq fakültəsində məcburi praktikalar var. İkinci kursun yayında məhkəmələrdə, üçüncü kursun yayında prokurorluqlarda təcrübə olur. Mülki prosessual hüquq, cinayət prosessual hüquq fənnləri bu praktikalara hazırlayır. Bundan əlavə fakültə müxtəlif təcrübə proqramları paylaşır.