Kimdir və harada oxuyur
2x Academy
Gülnur, özünü təqdim et.
Mən Gülnur Məmmədova. ADA Universitetində ikinci kurs tələbəsi. İqtisadiyyat oxuyuram. 18 yaşım var, müxtəlif startuplar və ictimai fəaliyyətlərlə məşğul olmuşam.
Qəbul: SAT, IELTS və buraxılış balı
2x Academy
Hansı balla qəbul olmusan?
2024-cü ildə qəbul olmuşam. Foundation oxumamışam, SATdan qəbul oldum. IELTS-im 8.5, SAT 1490 idi. Paper-based SAT vermişəm — digital SAT-də bəzilərinin həqlərdən istifadə edib balları yüksək yazdırdığını bilirəm. Buraxılış imtahanından 272 bal toplamışam.
Qəbul olduğum ildə iqtisadiyyat balı 1350 idi, digər ixtisaslar 1250-1300 arasında. IELTS səfər limit altıdan yuxarı idi.
Bizim qrupda ADA School məzunları çoxluq təşkil edir, DİMdən və SAT/IELTSdən gələnlər də az deyil. Qrup məfhumu yoxdur — dərslərə girəndə müxtəlif insanlarla otururuq və dostlarla eyni cədvəl götürmək olur.
Niyə iqtisadiyyat
2x Academy
Niyə bu ixtisası seçdin?
Əslində biznes oxumaq istəyirdim. Sonra düşündüm: biznes oxuyub iqtisadiyyatçı işləyə bilməyəcəm, amma iqtisadiyyat oxuyub biznesim ola bilər. Finance oxusaydım da iqtisadiyyatçı işləyə bilməzdim. ADA-da iqtisadiyyat ixtisasında maliyyə dərsləri də keçilir — çox universal ixtisasdır.
Amma çətindir: game theory, lineer cəbr var. Bunlar financedə və biznesdə yoxdur. Kalkulus 2 çətindir.
İmtahanlar və mid-term
2x Academy
İmtahanlar necə keçir?
Hal-hazırda midterm sezonu başlayıb. Keçən semestr bir həftədə beş midterm vermişdim. Cədvəli head department təyin edir, Outlookdan mail gəlir. Bir günə üç imtahan düşürsə dəyişdirmək haqqın var.
Bizdə second chance imkanı yoxdur — bu çox pis bir şeydir. Başqa universitetlərdə (adı oxumayanlar sudada və sair) xəstə kağızıla ikinci imtahan eləyirlər; bizdə yox. Ona görə xəstələnməməyə çalışırıq.
Fənlər və freelektivlər
2x Academy
Bütün fənlər ixtisasa uyğun gəlir?
Bəzi fənlər çox dərinlikdən keçilir — lineer cəbr, kalkulus 1-2. Üstündən səth keçsək daha məqsədə uyğun olardı. Free elective seçə bilirik: birinci kursda haqq yoxdur, ikinci və üçüncü kursda hər semestr bir dənə seçə bilirsiz, cəmi 4 dənə olur.
Uşaqların arasında freelektivləri BAPA və BAIS (school of public affairs, international affairs) dərslərindən götürmək məsləhət olunur — "easy A", riyazi olmurlar, danışıq olur. Amma insanın özündən asılıdır. Mən gender diversity dərsi götürmüşəm. Konstant şəkildə oxumaq lazımdır — çoxlu article olur, skim edirəm. Yazı qabiliyyəti olmalıdır, hər həftə esse yazırıq.
İmtahan formatı və keçmə faizi
2x Academy
İmtahanlar şifahi və ya test olur?
Bizdə şifahi imtahan yoxdur. Test də yoxdur — 99% açıq suallar. Əzbərləyib girmək olmur, ona görə çətindir.
Kəsilənlər çoxdur. Hələ o qədər kəsilən var ki, yayda da iki dəfə imtahan açırlar. Keçid balı atmışdı; bəzi fənlərdə 70dir. Writing və danışıq tələb olunan dərslərdə DİM tələbələri daha çox kəsilir — foundation oxuyub gəliblər.
Akademik təqvim və yay məktəbi
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADA-ya SAT və IELTS ilə necə qəbul olmaq olar?
Gülnur 2024-cü ildə qəbul olub, foundation oxumayıb. SAT-i 1490, IELTS 8.5, buraxılış imtahanı 272 bal idi. Paper-based SAT verib, digital SAT-də həqlərdən istifadə hallarına görə. Onun ilində iqtisadiyyatın balı 1350 idi, digər ixtisaslar 1250-1300.
İqtisadiyyat oxumaq və biznes oxumaq arasında fərq nədir?
Gülnur biznes oxumaq istəyirdi, sonra iqtisadiyyat seçdi. Biznes oxuyub iqtisadiyyatçı işləmək olmur, amma iqtisadiyyat oxuyub biznes qura bilərsən. ADA-da iqtisadiyyat ixtisasında maliyyə dərsləri də keçilir, ona görə universaldır. Çətindir: game theory, lineer cəbr, kalkulus 2 var.
ADA-da freelektivlər və yay məktəbi necə işləyir?
Birinci kursda freelektiv haqqı yoxdur, ikinci və üçüncü kursda hər semestr bir dənə (cəmi 4) seçə bilirsən. Uşaqlar BAPA və BAIS dərslərini götürür ('easy A'). Kəsilərsən və ya withdraw edərsən, yay məktəbi var; maksimum iki dərs, ödənişli. 240 kredit toplayıb qurtarmaq lazımdır.
Holberton School Gen AI təqaüdü necə qazanıldı?
Gülnur Holberton School-un Cen AI proqramında tam təqaüd qazanıb. Amerikada populyar olan IT və komputer science məktəbidir, öz platformasında tasklarla öyrədir. Azərbaycanda self-study mədəniyyəti hələ yenidir.
Green Print layihəsi nədir?
ADA-nın Hacı Zeynalabdin Tağıyev yarışmasının xeyriyyə layihəsidir. Gülnur komanda lideri, Nazim və Valeh tim üzvüdür. Sığınacaqlara və imkanı az ailələrə kitab ianə edir, ekologiya yönümlüdür. Greenshelf rəqəmsal kitabxanası, icma sectionunda arzu və hədiyyə et seçimləri var.