Kimdir və harada oxuyur
2x Academy
Özünü tanıt.
Salam, mən Əliyeva Nuranə. 18 yaşım var və hal hazırda ADA Universitetinin ikinci kurs komputer elmləri ixtisasında təhsil alıram. Universitetdən əlavə çox sosial aktiv birisiyəm, müxtəlif təşkilat və könüllü fəaliyyətlərdə iştirak edirəm.
Niyə komputer elmləri
2x Academy
Bu ixtisası niyə seçdin, nə qədər bal topladın?
Riyaziyyatçılar ailəsində doğulmuşam, uşaqdan bəri riyaziyyata maraq oyadıblar. Doqquzuncu sinfə qədər riyaziyyat ixtisası seçməyi düşünsəm də, sonradan komputer elmlərinin daha çox imkan açacağını anladım. İnformatika alt qrupu üzrə hazırlaşıb komputer elmlərini seçdim.
Qəbul balım 652.9 idi, ADA komputer elmlərinin keçid balından cəmi 0.4 bal yuxarı keçmişdi.
Niyə ADA
2x Academy
Hansı kriteriyalara əsaslandın?
Əsas kriteriya təhsilin keyfiyyəti idi. İngiliscə tədris indiki dövr üçün tələbatdır. Kampus çox gözəldir. Akademik heyət böyük olduğu üçün məzun olduqdan sonra da imkanlar açılır. Ada da qrup məsələsi yoxdur, semestrdə başlamamışdan əvvəl saytda dərs seçimi olur, bəzi dərslər məcburi, bəziləri seçimlidir.
Dərslər və ixtisasa bağlılıq
2x Academy
Bütün dərslər ixtisasa uyğundurmu?
Birinci kursda tarix, ədəbiyyat kimi qeyri ixtisas fənləri var, amma bəzi dərslər seçimimizədir. Mən birinci kursda Python proqramlaşdırma və çətin riyaziyyat dərsləri seçdim. İkinci kursdan etibarən demək olar ki, bütün dərslər ixtisas dərsləridir. Ən sevdiyim proqramlaşdırma və komputer şəbəkələridir.
İmtahanlar həqiqətən çətindirmi
2x Academy
ADA da imtahanlar çətindirmi?
Çətinlik bir mifdir. Oxuyan tələbə yüksək bal alır. Faizlər bölünür: 15 faiz iştirak, 10 faiz prezentasiya, 20 faiz midterm, 30 faiz final. Ümumi balın 60 ı keçirsə dərsi keçirsən. Müəllimlər əvvəldən nə oxumaq lazım olduğunu deyir. Son günə saxlamasan rahat olur.
Təcrübə və Career Day
2x Academy
Universitet hansı imkanlar verir?
Universitetdə tez tez təlimlər keçirilir. Employability Week ərzində seçilmiş tələbələr banklar və şirkətlərdən gələn şəxslərlə görüşür, təcrübə qazanma şansı əldə edir. Career Day də şirkətlər öz fəaliyyəti barədə məlumat verir, CV göndərmək mümkündür, təcrübə proqramları və işə seçilmək şansı yaranır.
Foundation
2x Academy
Foundation oxudunmu?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADA Universitetinə qəbul balı və komputer elmlərinin keçid balı necədir?
Nuranə 652.9 balla qəbul olub. ADA Universitetinin komputer elmləri keçid balından cəmi 0.4 bal yuxarı keçmişdi. Universitetdə ingiliscə təhsil verilir, beynəlxalq akademik heyət və geniş kampus əsas seçim səbəbidir.
ADA da imtahanlar həqiqətən çətindirmi?
Çətin olması bir mifdir. Qiymət ayrı ayrı toplanır: 15 faiz iştirak, 10 faiz prezentasiya, 20 faiz midterm, 30 faiz final. Birdən ümumi bal 60 ı keçərsə dərs keçmiş sayılırsan. Son günə saxlamayan tələbə üçün imtahanlardan rahat keçmək olur.
ADA da Foundation nədir, kimə lazımdır?
Foundation ingilis dilində çətinlik çəkənlər və ya universitet mühitinə uyğunlaşmaq istəyənlər üçün bir illik proqramdır. Nuranə Foundation oxumayıb, ingilis sertifikatı ilə birbaşa başlayıb. Foundation da qrup sistemi var, uşaqlar bir il yoldaşlarla bir yerdədir.
ADA daxilində hansı təşkilatlar və imkanlar var?
Employability Week, Career Day kimi tədbirlərdə banklardan və şirkətlərdən nümayəndələr gəlir, tələbələr CV göndərir, təcrübə və işə seçilir. Career Development and Strategies dərsi üçüncü kursda mentor seçimi təmin edir. Exchange proqramı bir semestr xaricdə təhsil imkanı verir, 100 dən çox universitet ortaqdır.
Komputer elmlərində riyaziyyat nə qədər önəmlidir?
Nuranə görə təxminən 80 faizi riyaziyyatdır. İkinci kursa qədər hər semestr müxtəlif riyaziyyat dərsləri keçilir. Üçüncü kursdan ixtisas dərslərinin çətin versiyaları başlayır. Self study çox effektivdir, ixtisas demək olar ki 99 faiz internetdən öyrənilə bilər.
Sosial həyatda balansı necə saxlamaq olar?
Nuranə hal hazırda təxminən 20 təşkilatda üzvdür, lakin hər birində müxtəlif rollardadır. Hər qeydiyyat linkindən qeydiyyatdan keçmək tövsiyə olunmur. Tələbə araşdırıb seçməlidir hansı təşkilat ona həqiqətən fayda verir.