Kimdir və harada oxuyur
2x Academy
Murad, özünü təqdim et.
Mən Murad Məmmədov. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) biznesin idarə edilməsi üzrə dördüncü kurs tələbəsiyəm. 26 yaşım var. Çox sual verilir ki, bakalavrda və 26 yaşda necə olur? Mən təhsil həyatıma gec başlamışam.
Kənddən universitetə uzun yol
2x Academy
Bu yol necə başladı?
Doğulduğum yer Göyçay rayonudur. Orta məktəbi Qafur Səmədov adına Malışıqlı kənd tam orta məktəbində bitirdim. Sonra kənd işləri, hərbi xidmət və yenidən sıravi bir həyat. Anladım ki, olmaq istədiyim yerlə olduğum yer arasında çox fərq var və ora gündəlik fəhli həyatla getmək mümkün deyil.
2021-ci ildə, 21 yaşımda işi tərk etdim, hər şeydən təcrid oldum və oxumağa fokus oldum.
280 bal və riyaziyyatdan imtina
2x Academy
Hazırlıq necə keçdi?
Hazırlıq çətin idi. Məktəbi bitirməyimdən dörd il fasilə keçmişdi. Ortada hərbi xidmət, fəhli işlər vardı – yenidən başlamaq Azərbaycan üçün normal hal deyil. Bir il boyu hazırlığın nəticəsini gördüm.
280 bal topladım. Bu yenə də azdır, çünki riyaziyyat və ingilis dilində təməl biliklərim çox zəif idi və mən özüm də heç vaxt riyaziyyatı sevməmişəm. İkinci qrupdayam – və qrup üzrə 700 baldan 250 balı riyaziyyat verir. Mən coğrafiya, tarix, Azərbaycan dili və ingilis dilinə fokus oldum. Yenə də özümü xilas edə bildim.
Niyə UNEC, niyə biznesin idarə edilməsi
2x Academy
Universitet və ixtisas seçimi necə oldu?
Uşaqlıqdan maliyyə, iqtisadiyyata marağım var idi. Düşünürdüm ki, mənim üçün uyğun olan yalnız İqtisad Universitetidir. Buranın müəllimləri iqtisadiyyat təmayüllüdür; maliyyə, biznes, marketinq üzrə bilikləri yüksək səviyyədir. Digər universitetlərdə əhatə tam deyildi.
Balım maliyyə və iqtisadiyyata çatmadı. Qarşıma menecment, marketinq və biznesin idarə edilməsi ixtisasları gəldi. Süni intellekt o dövrdə yox idi. YouTube-da bir müəllim biznesin idarə edilməsi haqqında danışırdı, ondan ilhamlanaraq seçdim. Bu gün çox xoşbəxtəm ki, bu ixtisası seçmişəm.
Sahə Azərbaycanda son illərdə populyarlaşır, Avropada 20-30 ildir məşhurdur. İnsanlarda informasiya qıtlığı var ki, seçəndə nə gözlədiyini bilmirlər.
Qrup yoldaşları və müəllimlər
2x Academy
Qrupun atmosferi necədir?
Mənim qrupumda bal ortalaması 270-280 aralığındadır. UNEC top minilikdə universitetdir, daha yüksək gözləniləcəyini düşünə bilərsiniz. Qrup yoldaşlarımla danışdıqda görürəm ki, imtahan həyəcanı, stres idarəsi, valideyn təkidi ilə son anda dəyişdirmə kimi səbəblər var. Onların intellektual səviyyəsi isə yüksəkdir – dekan və müəllim heyəti çox razıdır.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
UNEC biznesin idarə edilməsi üçün niyə yaxşı seçimdir?
Murada görə UNEC iqtisadiyyat yönümlü müəllimləri ilə fərqlənir – maliyyə, biznes, marketinq sahəsində bilikləri yüksək səviyyədədir. Digər universitetlərdə bu sahənin əhatəsi tam deyil. Türk Dünyası İqtisadiyyatı Fakültəsində müəllimlərin çoxu Türkiyədə bakalavr, magistr, doktoranturanı bitirib və türk təhsil sistemini bura gətirib.
Hazırlığa gec başlamış abituriyentlər nə etməlidir?
Murad 21 yaşında universitetə hazırlaşıb 280 balla qəbul olub. Riyaziyyat və ingilis dilində bazasını gücləndirə bilməyib, onların yerinə coğrafiya, tarix və Azərbaycan dilinə fokuslanıb. Tövsiyəsi pes etməmək və psixoloji çətinlikləri qəbul etməkdir – təhsil həyatı hər zaman təkrar başlatıla bilər.
Tələbə elmi məqaləyə necə başlaya bilər?
Murad Türkiyə iqtisadiyyatında dolların rolu üzrə məqalə yazıb, 2025 oktyabr 29-da Copernicus indeksli Anent L jurnalında çap olunub. Komanda topladı, çoxu yarıda buraxdı. Türk təmayüllü müəllimlərdən tövsiyə alıb. İki beynəlxalq elmi konfransda çıxış edib – tənqid inkişafın əsasıdır.
Könüllülük tələbəyə nə qatır?
Muradın kənddə böyüməsi onu asosial etmişdi. Laçın Şəhər Günləri 2023-də ilk könüllü təcrübəsində Prezident İlham Əliyevlə görüş şansı oldu. Sonra Şuşa, COP29, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin tədbirlərində iştirak edib. Ünsiyyət, network və daxili potensial açır.
Biznesin idarə edilməsi məzunları üçün iş bazarı necədir?
Sahə Azərbaycanda son illərdə populyarlaşıb, iş imkanları çoxdur, lakin rəqabət güclüdür. UNEC-də ildə təxminən 5000 məzun olur, 4000-i iqtisadiyyat yönlüdür. Murad LinkedIn üzərində aktivdir, maliyyə-mühasibat HR konfranslarında çıxış edərək network qurur.