2x Academy

Selcan Qəhrəmanova - UNEC, Ekologiya

62 baxış22:515 dəq oxuÖdənişli
SQ

Qonaq

Selcan Qəhrəmanova

Ekologiya

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Sevcan, özünü qısa təqdim et.

Mən Sevcan Qəhrəmanova. Azərbaycan Dövlət İqtisad Universitetinin ekologiya ixtisasında ikinci kurs tələbəsiyəm. Bu sahə ilə maraqlanan tələbələrə öz təcrübəmi bölüşmək üçün buradayam.


Qəbul balı və qrup

2x Academy

Hansı balla qəbul oldun, qrupda bal aralığı necə idi?

Mənim balım orta-yüksək aralığında idi. Qrup yoldaşlarımın balları demək olar ki, bir-birinə bərabər idi, ona görə qrupda bərabərlik vardı. Bizim qəbul ilimizdə ekologiya ixtisasının balı yüksəlmişdi, 300 baldan yuxarı olmuşdu.

Bal abituriyent üçün sadəcə ilk mərhələdə önəmlidir. Universitetə qəbul olanda hər kəs eyni status daşıyır. Tələbə düşünməsin ki, "az bal toplamışamsa, qrup yoldaşımdan zəifəm". Yox, tamamilə fərdi çalışma və məsuliyyətdən asılıdır.


Niyə ekologiya, niyə UNEC

2x Academy

Bu ixtisası və universiteti seçməkdə səbəb nə idi?

Abituriyentlərə tövsiyəm odur ki, ixtisası dərindən araşdırsınlar. Mən dördüncü qrupdan gəlirəm. Kimya, fizika, biologiya fənlərinə marağım var idi və qəbul imtahanında bu fənlərdən imtahan vermişdim. Ekologiya bu fənləri özündə cəmləşdirir — kimya, fizika, biologiya, eləcə də coğrafiya ekologiya ixtisasında keçirilir.

Universitet seçərkən ətrafda həmin universitetdə oxuyan tələbələrlə məsləhətləşdim. Mənim üçün müəllim-tələbə münasibəti önəmli idi. Ekologiya Bakı Dövlətdə, UNEC-də, Odlar Yurdunda və başqa universitetlərdə var, amma mən araşdırıb gördüm ki, UNEC tələbələrə çox şərait və imkanlar yaradır, asudə vaxtlarda problemlərin həllinə yönəlmiş dəstək göstərir.


Birinci kurs və adaptasiya

2x Academy

Birinci kurs sənin üçün necə keçdi?

Birinci kurs mənim üçün alışma dövrü kimi gedirdi. Çətin deyildi, sadəcə atmosferə uyğunlaşmaq lazım idi. Müəllimlər çox yaxşı qarşılayırdılar, hətta bir-birimizlə ünsiyyət qurmağımız üçün dərslərdə qrup işləri təşkil edirdilər. Bu sayədə tez bir zamanda bir-birimizlə qaynayıb qarışa bildik.

Birinci kursun birinci semestrində bəzi qeyri-ixtisas fənləri olur — mülki müdafiə, Azərbaycan tarixi, Azərbaycan dili. Sonrakı semestrlərdə fənlər həqiqətən ixtisasa bağlı olur.


Fənlər bir-birinə bağlıdır

2x Academy

İxtisas fənləri arasında necə əlaqə var?

Fənlərimiz bir-biri ilə bağlıdır. Misal üçün, torpaqşünaslıqheyvan ekologiyası fənlərində iqlim qurşaqları barədə dərs keçirik. İmtahan sessiyasında torpaqşünaslıqdan iqlimə bağlı sual düşəndə həmin iqlim qurşağının torpağı haqqında yazırsan, ora heyvan və bitki ekologiyasını da əlavə edirsən. Müəllim görür ki, tələbə əlavə bilik əldə edib və qiymətləndirməyə bu da təsir edir.


İmtahanlar: hər şey kompüterdə

2x Academy

Sizdə imtahanlar necə keçir?

İmtahanlar testyazılı formada, hər ikisi kompüter üzərindən. Şifahi yoxdur.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

UNEC-də ekologiya ixtisası üçün keçid balı necədir?

Sevcanın qəbul olduğu ildə ekologiya ixtisasının balı yüksəlmişdi və 300 baldan yuxarı olmuşdu. Qrup yoldaşlarının balları bir-birinə bərabər idi. Bal sadəcə universitetə girmə mərhələsində önəm daşıyır, qəbuldan sonra hər kəs eyni statusda olur.

Ekologiya ixtisasında hansı fənlər keçirilir?

Ekologiya dördüncü qrupun fənlərini özündə cəmləşdirir: kimya, fizika, biologiya, eləcə də coğrafiya. Torpaqşünaslıq və heyvan ekologiyası kimi fənlər bir-biri ilə bağlıdır, iqlim qurşaqları bir neçə fəndə təkrarlanır və imtahanda əlavə bilik göstərmək imkanı verir.

UNEC-də imtahanlar necə keçir?

İmtahanlar test və yazılı formada, hər ikisi kompüter üzərindən keçirilir. Test imtahanın cavabı dərhal çıxır, yazılı imtahanın nəticəsi bir həftəyə hazır olur. Aralıq imtahanda 30 sual, semestr imtahanında test 50 sual, yazılı isə beş sual asan, orta və çətin səviyyəli olur.

UNEC-in neçə korpusu var və hansında ekologiya keçirilir?

UNEC-in dörd korpusu var: əsas İçərişəhər korpusu, gənclik korpusu, Nizami korpusu və Səmaşka korpusu. Ekologiya tələbələri gənclik korpusunda təhsil alır, korpuslar arası dərs dəyişmir, çünki tənəffüs vaxtı 10 dəqiqədir və məsafə uzaqdır.

Ekologiya üzrə iş imkanları varmı?

Dövlət və özəl sektorlarda, təlim-təhsildə, sənaye və enerji laboratoriyalarında, tədqiqat və araşdırma sahələrində iş imkanları var. Sevcan Aqrounterdə üç aylıq yaz təcrübə proqramında olub və magistrda ekoloji kimya üzrə davam etməyi planlayır.