Kimdir və harada oxuyur
2x Academy
Nərmin, özünüzü qısa təqdim edin.
Mən Nərmin İlyasova. Azərbaycan Dövlət İqtisad Universitetinin komputer elmləri ixtisası üzrə dördüncü təhsil ilimi başa vururam.
Niyə UNEC və niyə komputer elmləri
2x Academy
UNEC və bu ixtisası niyə seçdiniz?
UNECi seçmə səbəbim ondan ibarət idi ki, məncə ölkə üzrə iqtisadiyyat və həmçinin də rəqəmsal sahə üzrə təhsil bazası möhkəm olan bir universitetdir. Nəzəri və praktiki bilikləri möhkəmləndirmək üçün laboratoriyalarımız, onlayn kitabxanamız, əyani kitabxanamız 7/24 fəaliyyət göstərir.
Komputer elmləri ixtisasını seçməyimin səbəbi isə riyaziyyat müəllimliyi ilə komputer elmləri arasında tərəddüd içində qalmağım idi. Texnologiyalara marağımı gördüm, bütün sahələrdə informasiya texnologiyaları mühüm rol oynayır, bu sahə geniş iş imkanları açır deyə komputer elmlərinə üstünlük verdim.
Qəbul balı və qrup
2x Academy
Hansı balla qəbul olmusunuz, qrupda neçə nəfərsiniz?
Mən 2022-ci ildə qəbul olmuşam. Səhv etmirəmsə, keçid balı 470 idi, qəbul olduğumuzda isə bu bal 551 oldu. Qrupumuzda ən aşağı bal toplayan 551, ən yüksək 652 baldır. Mən özüm 574 bal toplayaraq qəbul olmuşam.
Qrupumuzda 25, potok üzrə isə 50 tələbə var idi. İkinci kursdan etibarən bizim universitetə başqa yerdən gələn tələbələr də olduğu üçün qrupumuzda 27 tələbə oldu.
Hansı fənlər və hansı sahələr
2x Academy
Hansı fənlər keçirsiniz və hansı sizi daha çox inkişaf etdirir?
IT sahəsi çox genişdir. Data analitika, veb, süni intellekt, data science kimi sahələrə uyğun fənlər tədris olunur. Hər tələbə özünə uyğun sahəni seçə bilir və gələcəkdə self study edərək özünü inkişaf etdirə bilir.
Verilənlər bazası fənni data analitikaya daha çox uyğundur. Frontend və backend üçün veb texnologiyaları adlı fənnimiz olmuşdu. Süni intellekt, əməliyyat sistemləri, komputer arxitekturası baza biliklər üçün vacibdir. Komputer elmləri digər ixtisaslara nisbətən daha çox riyaziyyat yönümlüdür, dörd il ərzində çoxlu riyazi fənlər keçmişik.
Müəllimlər və elanlar
2x Academy
Müəllimlərlə münasibətiniz necədir, təklif və imkanlar olurmu?
Müəllimlərimizlə münasibətimiz çox yaxşıdır və peşəkar səviyyədədir. Onlar bizə kömək etməkdən çəkinmirlər, hər zaman təcrübə və biliklərini bizimlə bölüşməyə açıqdırlar.
Təqaüd və proqramlar barəsində hər tələbənin şəxsi kabineti var, elanlar hissəsinə təqaüd, təcrübə proqramı, olimpiada bildirişləri göndərilir. Tələbələr ona baxaraq özlərinə uyğun olanı seçə bilirlər.
Korpuslar
2x Academy
UNEC-in neçə korpusu var və siz hansındasınız?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
UNECdə komputer elmləri keçid balı və qrup tərkibi necədir?
Nərminin qəbul olduğu 2022-ci ildə keçid balı 470 idi, qəbul olduqları il bal 551 olub. Qrupda ən aşağı bal 551, ən yüksək 652 idi. Nərmin özü 574 bal toplayaraq qəbul olub. Qrupda 25, potok üzrə 50 tələbə var idi, ikinci kursdan başqa universitetdən gələnlərlə qrup 27 nəfər oldu.
Komputer elmləri ilə komputer mühəndisliyi fərqi nədir?
Nərminə görə komputer elmləri daha çox proqram təminatı, yəni proqramlar üzərindədir. Komputer mühəndisliyi isə daha çox kompüterin fiziki avadanlığı və aparat təminatı hissəsinə yönəlib. Hər kəs istədiyi sahədə özünü inkişaf etdirə bilər, çünki komputer elmləri oxuyaraq da kibertəhlükəsizliyə getmək mümkündür.
UNECdə imtahanlar necə keçir, kəsilmə çox olurmu?
İxtisas fənləri yazılı, 75 sualdan ibarət bankdan əsas imtahanda 5 sual düşür. Test imtahanlarında 700 sualdan 50-si düşür və hər biri 1 ballla qiymətləndirilir. Yazılıda 2 asan (5 bal), 2 orta (10 bal), 1 çətin (20 bal) sual olur. Nərminin qrupunda demək olar ki, kəsilən tələbə olmayıb.
Komputer elmlərində hansı fənlər və proqramlaşdırma dilləri keçilir?
Verilənlər bazası, frontend və backend üçün veb texnologiyaları, süni intellekt, əməliyyat sistemləri, komputer arxitekturası kimi fənlər var. Birinci kursun hər iki semestrində Proqramlaşdırmanın əsasları 1 və 2 fənləri ilə Python öyrədilir. yolimp.com kimi saytlarda kiçik tapşırıqlarla möhkəmləndirilir.
Praktika necə təşkil olunur?
Üç forma var: əgər tələbənin ixtisas üzrə 100 rəsmi iş günü varsa, praktikadan azaddır və 100 bal alır. İkinci, özün təcrübə yeri tapırsan və sənəd təqdim edirsən. Üçüncü, universitetdən xahiş edirsən səni yerləşdirsinlər. Şirkətdən asılı olaraq 3-5 gün part-time gəlirsən, 15 mövzu verilir və layihələr yerinə yetirilir.