2x Academy

Fidan Novruzova - UNEC, Qida mühəndisliyi

78 baxış19:135 dəq oxuÖdənişli
FN

Qonaq

Fidan Novruzova

Qida Mühəndisliyi

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Fidan xanım, özünüzü təqdim edin.

Mən Fidan Novruzova. Azərbaycan Dövlət İqtisad Universitetində qida mühəndisliyi ixtisası üzrə ikinci kurs tələbəsiyəm. Tələbəlik həyatımdan maksimum faydalanmağa çalışıram, ona görə müsbət dəyərləndirirəm.


Niyə qida mühəndisliyi

2x Academy

Bu ixtisası seçməkdə əsas səbəbiniz nə idi?

Əslində qida mühəndisliyi haqqında çox da fikrim yox idi. Cəmiyyətdə yayılmış bir fikir var: "Qida mühəndisliyi nədir ki, sən hara işləyəcəksən?" Mən də o tip düşünürdüm. Amma fərq o idi ki, mənim üçün sabah qrupuna vermək vacib idi. Sabah qruplarında İqtisad Universitetində qida mühəndisliyi var idi və başqa mühəndislik yoxdur. Ona görə bu ixtisasa yönəldim.

Mən əvvəldən bilirdim ki, universitetlərdə sabah qrupları var və araşdırmışdım ki, sabah qruplarına ixtisas almaq mümkün.


Dərslər və müəllimlər

2x Academy

Dərslərlə ixtisaslar nə dərəcədə uyğun gəlir?

Hər ixtisasda olduğu kimi bizdə də ixtisasqeyri-ixtisas fənləri var. İxtisas fənləri daha çox ixtisasımıza uyğun məlumat verir və daha maraqlıdır. Qeyri-ixtisas fənləri isə riyaziyyat, fizika, ümumi kimya, üzvi kimya kimi fənlərdir.

2x Academy

Müəllimlərlə münasibətiniz necədir?

Bizim müəllimlərimiz kifayət qədər istiqanlıdır. Həm dərs mövzusunda, həm də tələbələrlə ünsiyyətdə yaxşıdırlar. Müsbətdir, əziyyətdir.


Praktiki dərslər və laboratoriya

2x Academy

Praktiki dərsləriniz necə olur?

Bəli, praktiki dərslərimiz olur. Bizim ixtisas praktiki bir ixtisasdır, nəzəriyyə başa düşəcəyimiz bir ixtisas deyil. Laboratoriya dəstəyimiz var. Kimyadan, fizikadan, ixtisasa giriş fənnindən laboratoriya dərsi olub. Ən maraqlı dərslərimiz elə praktiki dərslərimiz olur.

Hələ ki, zavoda, istehsalat prosesinə getməmişik. Amma gələcəkdə zavodlara, iaşə müəssisələrinə göndəriləcəyik.


İmtahanlar

2x Academy

İmtahanlar necə keçirilir?

İmtahanlarımız iki cür olur: yazılıtest. Daha çox bizə lazım olan ixtisas fənləri yazılı olur ki, onları daha yaxşı mənimsəyək. Yazılı imtahanlar bir saat olur, bunlar midterm imtahanlarıdır.

Sistem digər universitetlərdən bir az fərqlidir. Bir tədris ili ərzində iki dəfə midterm, iki dəfə sessiya imtahanlarımız olur. Şifahi imtahan yoxdur, ancaq testyazılı olur.


Qrup və Nizami korpusu

2x Academy

Qrupda neçə nəfərsiniz?

Qrupumuzda 29 tələbə var və ünsiyyətimiz kifayət qədər normaldır. Mühəndislik fakültəsində ümumiyyətlə tələb çoxdur, ona görə 29 normal rəqəmdir.

Biz Nizami korpusunda təhsil alırıq. Korpus yenilənmiş, kifayət qədər tanınan korpusdur, xarici görünüşü və daxili şəraiti qane edicidir.


Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

UNECdə qida mühəndisliyi necə oxudulur?

Qida mühəndisliyi praktiki ixtisasdır, sadəcə nəzəri öyrənmək kifayət deyil. Tələbələrə birinci kursdan laboratoriya dərsləri verilir. İxtisas fənləri yazılı imtahan, qeyri-ixtisas fənləri test imtahanı formasında keçirilir. Bir tədris ilində iki midterm və iki sessiya imtahanı olur.

UNECin ikili diplom proqramı necədir?

Fidan əvvəlcə Ege Universiteti ilə ikili diplom ixtisasında oxuyub. Birinci və dördüncü kurs Azərbaycanda, ikinci və üçüncü kurs Türkiyədə keçirilməli idi. Lakin xərclərin tələbə tərəfindən maliyyələşdirilməsi, biletlər, minimum 2000 azn təhsil haqqı, 300 manatdan başlayan yataqxana xərcləri səbəbindən o, adi qida mühəndisliyinə keçib.

Qida mühəndisliyi tələbəsi nə qədər fən keçir?

İkili diplom qrupunda birinci kursun birinci semestrində 9 fən, ikinci semestrində 10 fən keçilirdi. Universitet həyatına giriş, karyera planlaması kimi əlavə fənlər tələbələri iş mühitinə və sosial həyata hazırlayırdı. Adi qida mühəndisliyi qrupları isə bir gün az dərsə gedirdi.

Tələbələr təcrübə və könüllülük üçün hara müraciət edə bilər?

Universitet zavodlarla əməkdaşlıq edir, tələbələr zavod gəzintilərinə gedə bilir. Fidan AFAG MMCdə könüllü olub. Karyera planlaması fənnində Sevinc Bruziyeva müəllimənin təşkil etdiyi qida mütəxəssisi Fidan Rustəmovla görüş zamanı KOP layihəsi və qidalanma sahəsində iş imkanları haqqında danışılıb.

Qida mühəndisliyi gələcəkdə perspektivlidirmi?

Fidana görə insanlar bu ixtisasa lazım olan dəyəri vermir. Lakin qidalanma əsrlər boyu insan həyatının ayrılmaz hissəsidir və sosial şəbəkələrdə dezinformasiyalar (xüsusən pəhrizlər haqqında) çoxdur. Hər orqanizmin fərqli olduğunu və fərdi qidalanma rasionunun lazım olduğunu mütəxəssis kimi qida mühəndisi izah edə bilir.