Kimdir və harada oxuyur
2x Academy
Özünü qısa təqdim et.
Adım Xəyaldır. 20 yaşım var. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyuram. Sabah qruplarında təhsil alıram. İxtisasım komputer mühəndisliyidir.
Abituriyent dövrü və qəbul balı
2x Academy
Bu dövr necə keçdi, balın nə qədər oldu?
Abituriyentlik yorucu dövrdür. Hazırlıq, kurslar, amma qurulan dostluqlar onu mənalı edir. Universitetdən də çətindir, çünki yaş azdır, məsuliyyət çoxdur, müəllim güvənini doğrultmaq lazımdır.
2023 cü ildə 486 balla ADNSU komputer mühəndisliyi ixtisasına qəbul oldum. Bizim dövrdə bal çox yüksək idi. Səhv sual problemi yaşanmışdı, ona görə ADNSU nu üçüncü dördüncü hissəyə kodlaşdırmışdım. Nəticələr çıxanda gördüm ki, ixtisasın balı 617 falan idi. Azərbaycan dili 537 idi, düşdü 339 a. İngilis dili 617 idi, düşdü 250 yə. Yəni minimum bal yığan hamı qəbul olmuşdu, hətta boş yer qalmışdı.
Bir dostum 330 balla ingilis bölməsində oxuyur. Ona görə çox istədiyin ixtisas varsa, yüksək yerə yazmaq sənə heç nə əksiltmir.
Niyə komputer mühəndisliyi
2x Academy
Bu ixtisası niyə seçdin?
Balacalıqdan YouTube da komputerlə bağlı videolar baxırdım. Altıncı sinifdən bəri beynimə qoymuşdum ki, komputer mühəndisliyinə verəcəyəm. Yaşaldıqca araşdırdım. Top ixtisaslar bunlardır: informasiya təhlükəsizliyi, texnologiyaları, komputer elmləri, komputer mühəndisliyi, indi data analitika və proqram təminatı mühəndisliyi də əlavə olunub.
Təhlükəsizlik mənlik deyildi, komputer elmləri sırf tətbiqi riyaziyyatdır. Müəllimlərimin tövsiyəsi ilə komputer mühəndisliyi seçdim, çünki orada hər IT sahəsindən fən olur və özünə uyğun olanı seçirsən. Sonra ikinci kursdan data analitika üzrə getmək qərarı verdim.
Sillabusu hardan tapmaq olar
2x Academy
Abituriyent sillabusla necə tanış olsun?
Sillabuslar universitetdən asılı olaraq dəyişir. BHOS, UFAZ, ADA kimi universitetlərin sillabusu fərqlidir. BDU, ADNSU, Xəzər arasında böyük fərq yoxdur. Mən sillabusu ingilis dilində axtarırdım, türkiyə universitetlərindən də baxmaq olar.
Ən yaxşı yol müəllim və dostlardan soruşmaqdır. Universitetin Instagram səhifəsi vasitəsilə də soruşmaq olar. ADA kimi bəzi universitetlərin saytında hansı ixtisasda hansı fənlər keçildiyi yazılıb.
Niyə ADNSU
2x Academy
Niyə bu universitet?
Hazırlıq vaxtı istəmirdim, çətin gəlirdi. Sonradan məsləhətləşdim, gördüm ki, ADNSU prestij universitetlərdəndir, məzun olduqdan sonra işə cəlb olunma baxımından da güclüdür. Üçüncü dördüncü yerə yazmışdım, xeyirlisi deyək, peşman deyiləm. Çox nadir tələbələrdənəm ki, öz universitetini sevir, çünki normalda ADNSU nu çətinliyə görə bəyənmirlər.
Sabah qrupları
2x Academy
Sabah qrupları nədir?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADNSU komputer mühəndisliyi keçid balı necədir?
Xəyal 2023 cü ildə 486 balla ADNSU komputer mühəndisliyinə qəbul olub. Həmin il imtahanda yaşanan səhv sual səbəbi ilə bal ingilis bölməsində 617 dən 250 yə, Azərbaycan bölməsində 537 dən 339 a qədər düşmüşdü. Keçid balı abituriyentlərin özlərinin yazma davranışına bağlıdır.
Sabah qrupları nədir və ora necə daxil olmaq olur?
Sabah savadlı, bacarıqlı, hazırlıqlı tələbələr üçün ayrıca proqramdır. Birinci kursu normal oxuyursan, ikinci kursdan Dövlət Imtahan Mərkəzinin ingilis dili və məntiq imtahanı, sonra müsahibə verirsən. Müvəffəq olanlar Azərbaycan və ya ingilis bölməsində Sabah qrupuna daxil olur. İndi sistem dəyişib, birinci kursdan top tələbələr seçilir.
Komputer mühəndisliyində hansı fənlər keçirilir, hansı sahələrə yönəlmək olur?
Mikroprosessorlar, komputer şəbəkələri, verilənlərin strukturu və bazaları, data analitika, web dizayn kimi fənlər keçirilir. Tələbə tək mühəndis kimi yox, data analitik, backend, frontend, UI UX dizayner kimi də formalaşa bilər. Sillabusu qabaqcadan ingilis və türk dilində araşdırmaq tövsiyə olunur.
ADNSU da müəllim münasibəti və beynəlxalq layihə imkanları varmı?
Birinci kursda öyrəşmək çətindir, sonradan yaxınlıq yaranır. Xəyal beynəlxalq astronovka konqresinə (IAC) məqalə abstraktı hazırlayır. Müəllim Kamran müəllim onun ilk məqaləsində böyük dəstək olub. Müəllimlərin 90 faizi tələbəyönümlüdür.
Korpus və laboratoriya şəraiti necədir?
ADNSU nun iki korpusu var, bir birinə çox yaxındır, alt keçidlə də getmək olar. Sabah qruplarının dərsləri əsasən baş korpusda olur. Laboratoriyalar var, yeni komputerlər və avadanlıqlar gəlir, mikroprosessorlar və komputer şəbəkələri kimi fənlərdə fərqli otaq verilir. Şərait həm də tələbənin istəkindən asılıdır.