2x Academy

Şəfa Mirzəyeva - ADNSU, Qida mühəndisliyi

55 baxış17:055 dəq oxuÖdənişli
ŞM

Qonaq

Şəfa Mirzəyeva

Qida Mühəndisliyi

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Şəfa, özünü qısa təqdim et.

Salam Nəzrin xanım. Mən Mirzəyeva Şəfa. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qida Mühəndisliyi üzrə tələbəyəm. Hal-hazırda üçüncü kursda oxuyuram.


Abituriyentlik və bal

2x Academy

Universitetə qəbul olduğun ildə keçid balı necə idi?

Abituriyentlik dövrü mənim üçün yaxşı keçən dövrlərdən idi — müəllimlərim və yoldaşlarım çox yaxşı idi. 11-ci sinifdə məsuliyyət, stress və təşviş artır, planlıq bir az azalır.

Mən qəbul olduğum il ödənişsiz əsaslarla təhsil üçün 280 bal, ödənişli əsaslarla təhsil üçün 250 bal idi. Hal-hazırda artım var: ödənişsiz 300-ə yaxın, ödənişli 280-ə qədər.


İxtisas seçimi: COVID dövründən başlayan maraq

2x Academy

Niyə qida mühəndisliyini və niyə ADNSU-nu seçdin?

Bu ixtisasla bağlı hekayəm var. 2020 karantin dövründə sağlam qidalanma ilə bağlı çox maraqlanırdım. Araşdırdıqca gördüm ki, qidalara qarşı çox marağım var — əsasən sağlam qidalanmaya. Düşündüm ki, insanların sağlamlığına və yedikləri qidaların keyfiyyətinə real töhfəm olsun.

ADNSU-nu seçməyimin səbəbi praktik yönümün güclü olmasıdır — laboratoriyadaistehsalat sahəsində olmaq istəyirdim. ADNSU bu barədə ən yaxşı universitetlərdən biridir.


Laboratoriya, şərait və korpus

2x Academy

Universitetin şəraiti necədir?

Praktiki dərslər keçirilir, əsasən laboratoriya dərsləri. Şərait kifayət qədər yaxşıdır, amma dəyişməyini istədiyim cəhətlər var — daha yeni avadanlıqlarla tanış olmaq istərdim. Texnologiya inkişaf etdikcə sənayedə aparatlar dəyişir və onları universitetdə görməkdən şad olardım, çünki sahədə işləyəndə həmin avadanlıqlardan istifadə olunur.

Universitetin iki korpusu var. Korpuslar arası keçid universitet daxilindən və ya xaricdən yeraltı keçidlə mümkündür. Birinci və ikinci kursda bəzi dərslər birinci korpusda, bəziləri ikinci korpusda olurdu — tənəffüs vaxtı az olduğu üçün çatdırmaq çətin idi. Hal-hazırda üçüncü kursdan dərslər yalnız əsas birinci korpusda keçirilir.


Birinci kurs, imtahanlar və adaptasiya

2x Academy

İmtahanlar necə olur?

Mənim üçün ən çətin kurs birinci kurs idi. Birinci semestrdə dərslərə uyğunlaşmaqda bir az çətinlik çəkirdim. İkinci kursdan sonra adaptasiya oldum və dərslər çətin gəlməməyə başladı.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

ADNSU-da qida mühəndisliyi üzrə keçid balı necədir?

Şəfa qəbul olduğu il ödənişsiz əsaslarla təhsil üçün 280 bal, ödənişli əsaslarla təhsil üçün 250 bal idi. Hal-hazırda ballarda artım var: ödənişsiz təhsil üçün 300-ə yaxın, ödənişli üçün 280-ə qədər. Qrupda 25 nəfər tələbə var və hər kəs ödənişsiz təhsil alır.

ADNSU-da qida mühəndisliyində imtahanlar çətindirmi?

Belə bir mif var ki, ADNSU imtahanlarında çox kəsilirlər, lakin Şəfanın sözünə görə dərslərə mütəmadi hazırlaşan tələbə üçün imtahan asan keçir. İmtahanlar əvvəl yazılı-şifahi idi, indi sadəcə yazılı olur. Nəticələr üç-dörd günə çıxır. Birinci və ikinci kursda qeyri-ixtisas fənlərinə görə kəsilənlər çox idi, üçüncü kursdan etibarən sayı azdır.

ADNSU-nun iki korpusu arasında dərs gediş-gəlişi necədir?

Universitetin iki korpusu var və korpuslar arası keçid həm daxildən, həm yeraltı keçidlə mümkündür. Birinci və ikinci kursda bəzi dərslər birinci korpusda, bəziləri ikinci korpusda olurdu və tənəffüsdə çatdırmaq çətin idi. Üçüncü kursdan başlayaraq dərslər yalnız əsas birinci korpusda keçirilir.

Qida mühəndisliyi tələbəsi üçün hansı təcrübə və təqaüd imkanları var?

Şəfa universitet vasitəsilə Keyer şirkətində keyfiyyətə nəzarət mütəxəssisi olaraq beş ayaxın təcrübədə olub. Şirkət nümayəndələri universitetə gəlib görüş və müsahibə təşkil edib. Təqaüd olaraq adi, zərbəçi və əlaçı stipendiya verilir; Şəfanın qrupundakı 25 nəfərin hər biri imtahanlardan yüksək qiymətlə keçərək təqaüd alır.

Qida mühəndisliyi məzunu hansı sahələrdə işləyə bilər?

Qida sahəsi geniş bir sahə olduğundan iş imkanları çoxdur: keyfiyyətə nəzarət mütəxəssisi, böyük istehsalatda laborant, texnoloq və müxtəlif dövlət qurumları. Şəfa öz seçimini keyfiyyətə nəzarət üzərində edib. Hər gün keçən ixtisasa verilən dəyər və qəbul olan tələbə sayı artdığına görə rəqabət də güclənir.