2x Academy

Ağazadə Mirxanım - ADPU, Təsviri İncəsənət müəllimliyi

78 baxış12:134 dəq oxuÖdənişli
AM

Qonaq

Ağazadə Mirxanım

İngilis dili müəllimliyi

1 dekabr 2025

Tanışlıq və universitet

2x Academy

Mirxanım, özünü qısa təqdim et.

Mən Ağazadə Mirxanım. Normalda Xanım istifadə edirəm daha çox. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikinci kursunda təsviri sənət müəllimliyi üzrə təhsil alıram hal-hazırda.


Bal və qrup mənzərəsi

2x Academy

Necə balla qəbul oldun?

Universitetə 158.7 balla qəbul olmuşdum. Paralel olaraq qabiliyyət imtahanı da veririk. Ondan 10 üzərinə 6 bal toplamışdım.

Qrup yoldaşlarımın balları məndən nisbətən aşağı olanlar da var, çox fərqli yuxarı olanlar da. Yəni 230 neçə balla qrupumuzda təhsil alan tələbə də var.


Niyə pedaqoji: gözlənilməz seçim

2x Academy

Universitet seçərkən hansı kriteriyalara əsaslandın?

Əslində kriteriyalarımın arasında hal-hazırda təhsil aldığım universitet yox idi. Heç vaxt deyirdim ki, pedaqoji universiteti seçmərəm. Amma sonda gəlib seçdiyim yer bura oldu. Ən başda hətta universiteti ləğv etmək belə düşüncəm olmuşdu. Amma yaxşı ki bu yola addım atmışam.

İxtisasla bağlı: mənim kimi tələbələrin çoxu əslində dizayn üzrə təhsil almaq istəyir. Müəllimlik yox, dizayn daha unikal gəlir. Mən dizayn qabiliyyət imtahanından kəsilmişdim — minimum bal 6 idi, mən 5 bal yığmışdım. Sonra Təsviri Sənət Müəllimliyi ixtisasının imtahanından 6 bal yığdım.

Ballar kodlaşdırma prosesi gələndə pedaqojini üçüncü yerə yazmışdım. Cavablar çıxan gün elə bildim heç yerə qəbul olmamışam. Onda çox məyus olmuşdum. Sonra yanlışlıq olduğunu gördüm — pedaqojiyə pulsuz qəbul olmuşam. Niyə də olmasın deyərək qəbul cavabını təsdiqlədim.


Peşman deyiləm

2x Academy

Hal-hazırda xoşbəxtsən?

Peşman deyiləm. Çünki pedaqoji dövlət universitetidir, sayılıb-seçilən universitetlərdən biridir. Çox insan bura qəbul olmaq üçün əziyyət çəkir. İstəməyərək qəbul olsam da, peşman deyiləm. Universitetimizin, korpusumuzun şəraiti o qədər də xoş olmasa da, ixtisasım üzrə verilən təhsil məni qane edir hələ ki.


Tələbəlik: yorğun, amma dolu

2x Academy

Tələbəlik nə öyrətdi?

Tələbəlik mənim üçün çox yorğun keçir. Paralel olaraq part time olaraq çalışıram. Birinci kursun ikinci semestrində könüllülüyə baş vurmuşdum və xeyli sosiallığımın fərqinə vardım.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

ADPU-da təsviri incəsənət müəllimliyinə necə qəbul olunur?

Mirxanım 158.7 balla qəbul olub və paralel olaraq qabiliyyət imtahanı verib — 10 üzərindən 6 bal toplayıb. Dizayn imtahanından kəsilib (minimum 6, o 5 yığıb), sonra Təsviri Sənət Müəllimliyi qabiliyyət imtahanında 6 bal yığaraq qəbul olub. Qrupda 230 neçə balla təhsil alan tələbə də var.

Qabiliyyət imtahanı necə keçirilir?

Standart yazılı imtahan kimi 2 saat 15 dəqiqəyə keçirilir. Mirxanım deyir ki, qabiliyyət imtahanı insanın ruh halından çox asılıdır — ruh halın yaxşı olsa rəsm də yaxşı çıxır. Yazılı imtahandan fərqli olaraq əhvalın imtahana ciddi təsiri var.

ADPU-da təsviri incəsənət üzrə hansı fənlər keçilir?

İxtisas fənləri kimi rəsm, rəngkarlıq, perspektiva tipli fənlər var. Bunlar dördüncü kursa qədər davam edir. Yanında qeyri-ixtisas fənləri də olur, bu bütün universitet və ixtisaslarda standartdır.

Bu ixtisasda təqaüd almaq nə qədər mümkündür?

Ödənişsiz əsaslarla təhsil alan tələbələr əsasən təqaüd alır. Mirxanımın qrupda kəsilməyən hər kəs avtomatik təqaüdə düşür. Qrupun 50%-dən çoxu ödənişsiz formada oxuyur, bu da təqaüd şanslarını yüksəldir.

Qabiliyyət imtahanı verəcək abituriyentlərə nə tövsiyə edilir?

Mirxanım buraxılış imtahanından ziyadə qabiliyyət imtahanının üstünə daha çox düşməyi məsləhət görür. Buraxılış imtahanına bəzən az hazırlıq da yetər. Qabiliyyət imtahanı isə əhvalla bağlı olduğu üçün əsas işi onun üstünə qoymaq lazımdır.