Tanışlıq və ixtisas
2x Academy
Nəzrin, özünü qısa təqdim et.
Mən Mustafayeva Nəzrin. Azərbaycan Dillər Universitetində ingilis dili tərcümə ixtisası üzrə təhsil alıram. Hal-hazırda ikinci kurs tələbəsiyəm.
Universitet həyatımdakı əsas məqsədim daha əyləncəli və daha sosial olmağa çalışmaqdır. Universitetin mənə öyrətdiyi məqamlar əsasən məsuliyyət daşımaq və gələcək karyeram üçün yeni addımlar atmağa kömək etməsidir.
Niyə tərcümə, niyə ADU
2x Academy
Tərcümə ixtisasını və universiteti niyə seçdin? Nə qədər balla qəbul oldun?
Universitetə 589 balla qəbul olmuşam. Əslində hüquq fakültəsi üzrə təhsil almaq istəyirdim. Lakin balım çatmadığı üçün tərcümə ixtisasını seçdim. Fikirləşirdim ki, hüquqdan sonra mənə ən uyğun sahə budur.
Bizim universitet tərcümə sahəsi və ingilis dilinin tədrisi üzrə nömrə birdir. Eyni zamanda ikili diplom və xaricdə təhsil məsələləri daha əl çatandır. Ona görə də Azərbaycan Dillər Universitetini seçdim. Mən özüm ikili diplomda təhsil almıram, çünki bizim ixtisasda bu imkan yoxdur, amma digər ixtisaslarda mövcuddur.
Dərslər və yön seçimi
2x Academy
Dərslərlə ixtisas arasındakı əlaqə necədir?
Dərslərimiz ixtisasımıza uyğun tədris olunur. Əsasən reading və writing üzərində dayanılır ki, yazı bacarıqlarımız daha yaxşı formalaşsın. Readingdə siyasi və digər mövzularda mətnlər götürür, tərcümə edirik. Speaking də dərslərə daxildir.
Bizim dərs metodumuz imtahana hazırlıq prosesi kimi davam edir. Gələcəkdə tərcümə ilə bağlı bədii tərcümə, ictimai-siyasi tərcümə kimi fənləri özümüz seçə bilərik. İkinci kursun birinci semestrindən, daha doğrusu birinci kursun ikinci semestrindən etibarən bu seçim imkanı bizə verilir.
Müəllimlər və münasibət
2x Academy
Müəllimlərlə kommunikasiyanız necədir?
Bizim fakültədə tələbə və müəllim arasındakı münasibət çox yaxşıdır. Müəllimlər hər birimizin problemləri ilə məşğul olur və köməklik göstərməyə çalışırlar. Digər bir çox universitetdə olduğu kimi bal kəsmək məsələsi yoxdur. Hər bir fənn qaydalarına uyğun şəkildə tədris olunur.
İmtahanlar və çətinlik
2x Academy
İmtahanlar necə keçir?
Universitetimizdə test üslubu yoxdur. Sadəcə yazılı və şifahi üslubda imtahanlar veririk. Əsas ağırlıq isə yazılı imtahanlardadır.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üçün keçid balı nə qədər olur?
Nəzrin 589 ballla ADU-ya qəbul olub. Onun ilk hədəfi hüquq idi, lakin balı çatmadığı üçün tərcümə ixtisasını seçib. Tərcümə üzrə qəbul üçün yüksək ümumi bal tələb olunur və qrupda hər kəsin balı təxminən bu səviyyədə olur.
ADU-da tərcümə dərsləri necə tədris olunur?
Əsas vurğu reading, writing və speaking üzərinədir. Tələbələrə müxtəlif siyasi və ictimai mətnlər verilir, onları tərcümə edirlər. Dərs metodu imtahanlarına hazırlıq formasında davam edir və yuxarı kurslarda bədii tərcümə, ictimai-siyasi tərcümə kimi yönləri seçə bilirlər.
Dillər Universitetində imtahanlar necə keçir?
Test üslubu yoxdur, sadəcə yazılı və şifahi imtahan verilir. Əsas ağırlıq yazılı imtahanlardadır. Çətinlik baxımından oxuyan hər kəs keçə bilər; suallar yalnız keçilən materialdan verilir və ixtisasdan kənar fənlərdə öncədən suallar paylaşılır.
ADU-da Erasmus və ikili diplom imkanları varmı?
Erasmus proqramı Azərbaycan üçün bağlanıb, lakin Erasmus Plus davam edir; sadəcə tələbə özünü maliyyələşdirməlidir. Universitetdə bəzi ixtisaslar üçün ikili diplom imkanı var, lakin tərcümə ixtisasında bu yoxdur.
Qrupda neçə nəfər olur və qızlarla oğlanların nisbəti necədir?
Hər qrupda maksimum 15-16 nəfər olur, patok dərslərində isə 40-45 nəfər. Dillər Universitetində oğlanların sayı az olur; Nəzrinin qrupunda yalnız iki nəfər oğlandır, qalanı qızdır, maksimum bir qrupda beş oğlan ola bilir.