Kimdir və harada oxuyur
2x Academy
Maksim, özünü qısa təqdim et.
Mən Hüseynli Maksim, 18 yaşım var. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin marketinq ixtisasında təhsil alıram. İnkişaf etməyi, özüm üçün fərqliliklər yaratmağı xoşlayıram. Sosial mediada aktiv hobi olaraq fəaliyyət göstərirəm.
İxtisas seçimi
2x Academy
Marketinqi necə seçdin?
Mən öz xoşladığım ixtisası seçdim. Əvvəldən sosial mediaya və marketinqə marağım var idi, məktəbdə də marketinq fənnini sevirdim. Universitetdə də bu yolla davam etməyi düşünürdüm – ona görə marketinq məni özünə cəlb etdi.
Tələbəlik və Avstriya qəbulu
2x Academy
Tələbəlik həyatın necə gedir?
Tələbəlik həyatı mənim üçün ən qəşəng illərdən biri ola bilər. Bəzən yorucu olsa da, bir o qədər də maraqlıdır. Təzəlikcə Avstriyadan Erasmus qəbulu almışam.
Erasmus+ prosesi
2x Academy
Bu necə oldu?
Birinci kursdan bu barədə bilgilənirdim. Universitetlərin əksəriyyətində Erasmus+ yerləri var, beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşıb məlumat almaq olar. Mən birinci kursdan yox, ikinci kursdan qəbul edildim – birinci kursda göndərmirlər.
Sentyabr aylarında bir sıra mərhələlər var idi: əsasən motivasiya məktubu, referens məktubu, ingilis dilinin yaxşı olması, aktivitələr və ya sertifikatlar. Minimum B1, B2 səviyyə tələb olunur. Mən ingiliscə test verdim, B1 çıxdı və ingilis hissəsindən təqaüd qazandım.
Sənədlər və ortalama
2x Academy
Hansı sənədlər və hansı ortalama lazım idi?
Universitetdən-universitetə dəyişir, bizim universitetdə ortalama 75 (GPA) plus olmalı idi. Mənim ortalamım 85 idi. Mənimlə birlikdə dörd nəfər müraciət etmişdi, onlar arasından mən seçildim.
Təqaüd və semestr planı
2x Academy
Təqaüd nə qədərdir, necə veriləcək?
Toplam təqaüdüm 4300 avrodur. 80%-i Avstriyaya gedərkən, qalan 20%-i isə semestr bitdikdən sonra ödəniləcək. Sertifikat verirlər, diplomda qeyd olunmayacaq. Bu mənim üçün böyük təcrübədir.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Erasmus+ təqaüdü üçün universitetdə nə tələb olunur?
Maksimin universitetində ortalama 75 (GPA) və yuxarı olmalıdır, onun ortalaması 85 idi. Sənədlər motivasiya məktubu, referens məktubu, ingilis dili səviyyəsi (minimum B1, B2 daha yaxşı), aktivliklər və ya sertifikatlardır. İngilis dili imtahanı verilir, müraciət beynəlxalq əlaqələr şöbəsinə edilir.
Avstriyaya Erasmusla nə qədər təqaüd verilir?
Maksimin toplam təqaüdü 4300 avrodur. 80%i Avstriyaya gedərkən ödənilir, qalan 20% isə semestr başa çatdıqdan sonra verilir. Diplomda qeyd yoxdur, amma sertifikat verilir.
Sosial mediada böyümənin əsas qaydası nədir?
Maksimə görə davamlı paylaşım və keyfiyyətli kontent əsasdır. Keyfiyyət dedikdə yalnız kameranın görüntüsü deyil, baxışı saxlayan, ötüb keçilməyən, davam etdirilməsinə həvəs yaradan kontent nəzərdə tutulur. İngilis dilində paylaşım beynəlxalq auditoriya açır.
Könüllülük tələbəyə nə qazandırır?
Maksim əvvəl ünsiyyətcil deyildi, könüllülükdən sonra ünsiyyəti açıldı. Heydər Əliyev İdman Sarayında dörd ay buz arenası könüllüsü, sonra Formula 1, IRB və Səyyar Gənclər kimi təşkilatlarda iştirak edib. Sosiallaşma, komandada işləmək və liderlik bacarıqlarını inkişaf etdirir.
Abituriyentlərə hansı tövsiyələri var?
İxtisas seçimi önəmlidir – özünün sevdiyini seçmək lazımdır. Çoxlu yerdə könüllü olmaq, davamlı inkişaf etmək lazımdır. İngilis dili həm təqaüd, həm iş imkanları, həm də beynəlxalq layihələr üçün vacibdir. Sosial mediadan təqaüd və ölkə imkanları haqqında araşdırma aparmaq mümkündür.