Kimdir və harada oxuyur
2x Academy
Ayan, özünü qısa təqdim et.
Mən Ayan Novruzova. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbəsiyəm. İxtisasım energetika mühəndisliyidir və ingilis dilində təhsil alıram. Bəzi sosial və könüllü fəaliyyətlərim var.
Niyə enerji və niyə energetika mühəndisliyi
2x Academy
Bu ixtisası niyə seçdin?
Birinci, ixtisası seçməkdə fizikaya marağım səbəb oldu. Yeddinci sinifdə fizika çox maraqlı gəlirdi və əmin idim ki, mühəndislik sahəsində oxuyacam.
Mexanika və elektrik mühəndisliyi arasında qalmışdım. Fizikada maraqlı gələn mövzulara əsasən elektrik mühəndisliyində, energetika mühəndisliyində özümü daha yaxşı tapa biləcəyimi düşündüm. Enerji sahəsinə yönəlmək içində olduğum şərtlərə, qarşıma qoyulan məqsədlərə və fürsətlərə əsasən baş verdi.
Niyə ingilis sektoru
2x Academy
İngilis dilində tədrisi niyə seçdin?
Birinci, ingilis dilimə güvənirdim. İkinci, ingiliscə daha çox material və fürsətlərə əlim çatacaqdı. Üçüncü, enerji sahəsində işə atıldıqda ingilis dilinin lazım olmaması kimi bir ssenari yoxdur. Həm yerli, həm xarici şirkətlərdə texniki intervyular üçün ingilis dili məcburidir. Azərbaycan dilində oxuyub sonradan ingiliscə intervyuya hazırlaşmaq əlavə vaxt və enerji tələb edir.
Bazası orta olan abituriyent birinci kursda çətinlik çəkəcək — bu qaçınılmazdır. Bizdə foundation yoxdur, birinci kursda General English keçilir. Amma terminlərlə tanış olduqca yavaş-yavaş asanlaşır.
Təməl fənlər: fizika və elektromaqnetizm
2x Academy
Hansı dərslər səni ən çox inkişaf etdirdi?
Fizika təməli atan fəndir. Bizim elektromaqnetizm fokuslu bir dərsimiz də var idi, ixtisasımın təməlini atır. Avadanlıqların işləmə prinsipini başa düşmək üçün bu fənləri anlamaq lazımdır — yüksək qiymətdən söhbət getmir, nəyin niyə baş verdiyini başa düşmək önəmlidir.
Sonra elektrik dövrələri nəzəriyyəsi 1 və 2, elektrik maşınları, güc sistemlərinin mühafizəsi. Bunları yaxşı mənimsəyəndə rəqiblərinizdən qabaqda olursuz.
İmtahanlar və sual paylaşımı
2x Academy
İmtahan prosesi necə keçir, kəsilənlər çox olur?
Bizdə rus, ingilis və Azərbaycan sektorunda vəziyyət fərqli olur. Son illərdə imtahan sualları semestrin əvvəlində paylaşılır. Kredit sayına görə 45 və ya 60 sual hazırlanır, onlardan beşi imtahanda düşür.
İmtahanlar əsasən yazılı, xüsusi istəklə bəzi müəllimlərdə yazılı-şifahi də ola bilər. Mühazirədə əsas başlıqlar verilir, gözlənilməz sürpriz olmur. Çətinliyi düşündürmək deyil, material həcmidir.
Kəsilmə müəllimdən asılıdır. Ən yaxşısı semestrin ilk günlərində müəllimin gözləntisini başa düşmək və ona uyğunlaşmaqdır.
SPE və ilk addımlar
2x Academy
SPE-yə necə qoşuldun və nə fəaliyyət göstərirsən?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADNSU-da energetika mühəndisliyi ingilis dilində oxumaq çətindirmi?
Bazası orta olan abituriyent birinci ildə çətinlik çəkəcək, çünki foundation ili yoxdur, birinci kursda General English dərsləri keçirilir. Birinci kurs ingilis dilini inkişaf etdirməyə tam fokuslanmaq lazımdır. Terminlərlə tanış olduqca yavaş-yavaş asanlaşır və dördüncü kursda iş intervyularında çox böyük üstünlük olur.
Hansı dərslər ixtisas üçün ən önəmlidir?
Təməli atan fizika və elektromaqnetizm fənləridir. Sonra elektrik dövrələri nəzəriyyəsi 1 və 2, elektrik maşınları, güc sistemlərinin mühafizəsi gəlir. Bu fənləri yüksək qiymət üçün yox, işləmə prinsipini başa düşmək üçün dərindən mənimsəmək lazımdır.
İmtahanlar çətindirmi və suallar əvvəlcədən verilirmi?
Son illər imtahan sualları semestrin əvvəlində paylaşılır, kredit sayına görə 45 və ya 60 sualdan beşi imtahanda düşür. Müəllim mühazirədə əsas başlıqları verir, gözlənilməz sürpriz olmur. Material çox olur, çətinliyi düşündürmək deyil, həcm yaradır.
SPE tələbə bölməsinə necə qoşulmaq olar?
Society of Petroleum Engineers tələbə bölməsi ADNSU, UFAZ, Xəzər Universiteti və Bakı Neft Məktəbində fəaliyyət göstərir. Qoşulmaq üçün Google Form doldurulur — CV, motivasiya məktubu, LinkedIn profili tələb olunur. Sonra intervyuda yumşaq bacarıqlar, komanda işi və liderlik təcrübəsi yoxlanılır.
Enerji sahəsində iş tapmaq nə vaxt başlanır?
Üçüncü kursda mümkündür, ən yaxşı vaxt üçüncü kursun yayı, dördüncü kursun yayı və məzundan sonrakı iki-üç il aralığıdır. Bu illərdə özünə yer edinə bilsən, sonra rol dəyişmək daha asandır. Bakalavr bitirən kimi davamlı ömürlük iş tapmaq isə imkansıza yaxındır.