2x Academy

Aydan Verdiyeva - ATU, İctimai səhiyyə

62 baxış32:046 dəq oxuÖdənişli
AV

Qonaq

Aydan Verdiyeva

İctimai səhiyyə

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Aydan xanım, özünüz haqqında məlumat verin.

Mən Verdiyev Aydan, 19 yaşım var. Azərbaycan Tibb Universitetində İctimai Səhiyyə Fakültəsinin eyni adlı ixtisasında üçüncü kursdayam.


İxtisası niyə seçdim

2x Academy

Bu ixtisası seçməyə nə təsir etdi?

Mən ixtisas haqqında ilk olaraq COVID vaxtı eşitmişdim. Amma daha dərin məlumatı 11-ci sinifdən birinci kursa keçən həftədə aldım, artıq ballar açıqlanmışdı və ixtisasları araşdırmağa başlamışdım.

Universitetimizdə deyilir ki, COVID vaxtı, ümumiyyətlə istənilən epidemiya vaxtı görünən tərəfi müalicə işi həkimləri, görünməyən tərəfi isə ictimai səhiyyə mütəxəssisləridir. Diqqətimi çəkən məqam həm tibb, həm idarəçilik olması idi. Tək bir sahəyə fokuslanmayıb imkanları geniş ixtisasdır.


Pandemiyada və mahiyyət

2x Academy

Pandemiyada bu ixtisasın həkimləri nə işlə məşğul olur?

Müalicə həkimləri xəstələri sağaltmağa çalışırdı. İctimai səhiyyə mütəxəssisləri isə xəstəliyi dayandırmağa, yayılmasının qarşısını almağa çalışırdılar.

Sırf infeksionist həkim deyil. Burada həm səhiyyə idarəçiliyi (menecment), həm laboratoriya işi, həm də mikrobioloq kimi ayrı ixtisaslar var. Bizim ixtisasda qəbul olduğumuz il 60 nəfər plan yeri idi, hal-hazırda 50 nəfər olmalıdır.


Abituriyentlik və hazırlıq səhvləri

2x Academy

Abituriyentlik dövründən nələr bölüşərsiniz?

Daha çox sıxlıq 11-ci sinifdə olmuşdu. 10-cu sinifdə vaxtım və bazam var deyə rahat düşünürdüm. 11-ci sinifdə vaxt sıxlığı olanda strese düşürdüm.

Mən səhvi orada elədim ki, sırf akademik fokusla yaşayırdım, sosial həyatımı demək olar buraxdım. Dostlarımla görüşə getmirdim, iki ayda bir dəfə çölə çıxırdım. Bu böyük səhv idi. 25 sualdan 23-ünü düz cavablayanda sevinmək yerinə iki səhvə görə motivasiya itirirdim.

Mənim metodum belə idi: bilmədiyim və ya səhv etdiyim sualları müəllimə soruşurdum. Sonra evdə kiçik postitlərdə səhv sualların nömrəsini yazıb şkafdan yapışdırırdım. Gecə dərslərimi bitirib həmin sualların analoqunu və ya özünü həllinə baxmadan yenidən həll etməyə çalışırdım.


532 bal və qrup ortalaması

2x Academy

İmtahanda neçə bal topladınız?

Mən 532 bal topladım. Bizim ildə keçid balı 528 idi. Qrupumda 10-11 nəfərik. Ballara görə qruplaşdırma aparıldığı üçün hamımızın balı 0.x fərqlə yaxındır. Məsələn mənim qrup yoldaşım 531.x və ya 532.x yığıb. Başqa qruplarda 540, 560, 529 aralığında olanlar var.

İxtisası seçməyimə gəlincə, mən tibb sahəsində olmaq istəyirdim. Müalicə işinə balım çatmadı, stomatologiya mühitindən xoşum gəlmirdi. İctimai səhiyyəni gördüm: həm tibb sahəsi, həm də profilaktika istiqaməti. Diqqətimi cəlb etdi və kodlaşdırdım.


Tələbəlik nə öyrətdi

2x Academy

Üç ildə nələr öyrəndiniz?

İmtahan vaxtı stresi idarə etməyi, vaxtı idarə etməyi öyrəndim. Çünki midterm imtahanları bir həftə ərzində olur, bizdə yeddi-səkkiz fən olur və hər gün bir fən imtahan veririk.

Məktəbdən universitetə keçəndə fərq odur ki, məktəbdə birlikdə böyüdüyün uşaqlar var, universitetdə isə hər kəs müxtəlif bölgədən gəlib, xarakterləri oturuşub. Səmimi olmaq, dost tapmaq daha çətindir. Çox fərqli fikir bucaqları gördüm, empati öyrəndim.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

İctimai səhiyyə ixtisası ATUda nə deməkdir?

Aydanın izahına görə ictimai səhiyyə epidemiyaların və infeksion xəstəliklərin qarşısının alınması ilə məşğul olur. Müalicə həkimləri xəstəni sağaltmağa çalışırsa, ictimai səhiyyə mütəxəssisi xəstəliyin yayılmasını dayandırmağa çalışır. Bu sahə həm tibb, həm də idarəçiliklə bağlıdır.

ATUda ictimai səhiyyə üzrə keçid balı və qrup sayı necədir?

Aydanın qəbul olduğu il 60 nəfər plan yeri var idi, hal-hazırda 50 nəfərə düşüb. Onun şəxsi balı 532, həmin il keçid balı isə 528 olub. Qrup yoldaşlarının balı 0.x nöqtə fərqlə yaxındır, çünki ballara görə qruplaşdırma aparılır.

Bu ixtisası bitirənlər həkim ola bilərlərmi?

Bəli, baza tibb təhsili sayıldığı üçün rezidentura və magistraturada iştirak etmək mümkündür. Rezidenturanı seçəndə infeksionist həkim, laboratoriya işi və ya tibbi mikrobioloq kimi fəaliyyət göstərmək olur. Aydanın atası da infeksionist həkimdir.

İmtahanlar necə keçir və hansı fənlər çətindir?

ATUda bal sistemi üç mərhələdir: 10 bal sərbəst iş, 40 bal midterm, 50 bal semestr imtahanı. İmtahanlar artıq elektron formada kompüterdə verilir. Mikrobiologiya, insan parazitologiyası və mikologiya kimi ixtisas fənləri əsas hesab olunur və daha çətindir.

ATU tələbələri xaricə getməyi necə dəyərləndirir?

Aydanın 10-11 nəfərlik qrupunda yalnız 2 nəfər Almaniyanı seçir, qalanları daha çox Amerika və İngiltərəyə yönəlir. Bir çoxu universiteti bitirib xaricdə həyatını davam etdirmək istəyir. Aydan özü almanca öyrənir, lakin xaricdə qalıb işləməyi yox, təcrübə görüb qayıtmağı düşünür.