Tanışlıq
2x Academy
Nihad bəy, özünüzdən başlayaq.
Mən Tağıyev Nihad. Azərbaycan Memarlıq və İnşaat Universitetinin IT ixtisasının üçüncü kurs tələbəsiyəm. Həmçinin EGE Universitetində kompüter mühəndisliyi ixtisasında bir semestr təhsil almışam. Holberton Schoolun 100% təqaüd qazanan tələbələrindən biriyəm. Universitetimizin İKT şöbəsində soft developer kimi təcrübəçilik keçirəm və inkubasiya şöbəsinin əməkdaşıyam.
2x Academy
Vüqar bəy, siz?
Mən Qurbanlı Vüqar, AzMİU-nun IT ixtisası üçüncü kurs tələbəsiyəm. Startupda işləyirəm, Nihadla ortaq qurucuyuq. Balaca bir şirkətimiz var, orada da ortağıq. DT Science Akademini bitirib data science təhsili almışam. Mən də inkubasiya şöbəsinin əməkdaşıyam.
Necə tanış oldular: hakatondan komandaya
2x Academy
Bir-birinizi necə tanıdınız?
Paşa Bankın 5.0 Hakatonu var idi. WhatsApp qrupu 1000 nəfərlik. Bizim developerimiz Ayxan yazdı ki, hakatona getmək istəyirəm, komanda yığıram. Hamımız ayrı-ayrı qruplarda olmuşuq, eyni universitetdə oxuduğumuzu bilmirdik — universitetin həyətində görüşdük. 2025-in mart aylarında oldu, ondan sonra hakatonlar və layihələr bir yerdə gedirik.
Hakaton təcrübələri
2x Academy
Hakatonlar haqqında danışın.
İlk Construction Tech Hakaton AzMİU-da keçirildi, Rasim Abdullayev həm mentor, həm təşkilatçı idi. 3-cü yerə çıxdıq.
Yayda Unum layihə başladı. 30 min istifadəçisi olan yerli startupdır. Google Developer Baku Hakatonunda Aqrar ilə bağlı layihə hazırladıq, 2-ci yerə çıxdıq. Siemens EB sistemi Kobalt Hakatonunda top 5 komandanın içində olduq.
Bərabərində bir kiçik şirkətimiz var — Ekosoft. Sifariş gələndə IT məhsulları hazırlayırıq.
Universitet və ixtisas seçimi
2x Academy
Niyə IT, niyə AzMİU?
Nihad: 420 balla qəbul olmuşam. IT o vaxt trend idi, məktəbdən bəri kompüterlə işləyirdim. Trend, həvəs, texnologiya, innovasiya — əsas səbəblər.
Vüqar: İnformasiya texnologiyaları ingilis sektoruyam. İxtisas seçimim karyeraya görə olmayıb. Universitet sırf IT təhsili vermir, çünki hər gün yeni texnologiya çıxır. IT-nin 211 dənə sahəsi var. Universitetdən hər şeyi gözləmək doğru deyil. Universiteti mühitinə və rahatlığına görə seçdim ki, self study-yə vaxt ayıra bilim. DİM imtahanına da hazırlığa getməmişəm, self study ilə öyrənmişəm.
Universitetin mühiti
2x Academy
Hansı mühit özəlliklərini sadalayardınız?
Universitetdə klublar var: debat klubu, AzMİU Universation Club. Bizim sosiallaşmamız əsasən hakatonlar və yarışlardır.
İnkubasiya otağı demək olar ki, çıxmadığımız yerdir. Bütün tələbələrə açıqdır. Biznes ideyan varsa, mentor As. Məmtullayev dinləyir, startupını orada başlada bilərsən. Artıq biz birinci kursları öyrətməyə başlamışıq.
Universitetin kitabxanası sakit dərs oxumaq üçündür. Xaricdə (Polşa) kitabxananın komanda müzakirəsi üçün hissələri də olur.
Self study əsas bacarıqdır
2x Academy
Self study niyə vacibdir?
Self study bir dəfə etdikdən sonra növbəti dəfə başqa sahədə də edə bilirsən. Detallara enirsən və müşahidə bacarığı formalaşır. Yeni texnologiyaya adaptasiya üçün vacibdir.
Vüqar misal verir: ADHD hiperaktivliyi olan tələbələr dərsdə oturmaqda çətinlik çəkir, self study daha yaxşı işləyir. 2025-də önəmli bacarıqlar siyahısında adaptasiya və öyrənməyi öyrənmək birincidir.
Müəllimlər və fənlər
2x Academy
Müəllimlərdən danışın.
Müəllim yaş aralığı geniş — 60-dan yuxarı olan da var, cavan kadrlar da. Bəzi müəllimlər yeni texnologiyaya tab gətirə bilmir. Universitet standart fənləri keçirir.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
AzMİU-da informasiya texnologiyaları ixtisasına necə qəbul olunur?
Nihad 420 balla qəbul olub. RI alt qrupunun ən ümumi ixtisasıdır — hər şeydən az-az məlumat verir. Vüqar universiteti karyera üçün yox, self study-yə vaxt ayıra biləcəyi mühitə görə seçib. İT, informasiya təhlükəsizliyi və proseslərin avtomatlaşdırılması üç ayrı ixtisasdır.
Universitetdə hakatonlar və startup imkanları varmı?
Universitetdə inkubasiya şöbəsi var və orada mentorluq, ideya müzakirəsi, startup başlatmaq imkanı yaradılır. Nihad və Vüqar Paşa Bank 5.0 Hakatonunda tanış olub, Construction Tech Hakatonunda 3-cü, Google Developer Bakının hakatonunda Aqrar yönlü layihə ilə 2-ci, Siemens EB sistemi hakatonunda isə top 5 olublar.
AzMİU-da imtahanlar necə keçir və kəsr çoxdurmu?
İT ixtisasında imtahanlar yazılı və test formasında olur. Suallar əvvəlcədən verilir — məsələn 90 mövzudan random 5-i seçilir. Proqramlaşdırma imtahanı kompüter qarşısında tasklarla olur (vebsayt qurulması, database qoşulma). Kəsr az olur — əksəriyyət keçir. Çətinlik çəkilən əsas fənlər riyaziyyat və proqramlaşdırmadır.
İT-də Azərbaycan və ingilis qrupundan hansını seçmək daha yaxşıdır?
Hər ikisi ingilis qrupunu seçərdi. Nihada görə CV-də xaricə apply edərkən, Huawei Seeds for the Future kimi proqramlarda ingilis dilində tədrisi yazmaq sertifikat olmadan da kifayət edir. Vüqara görə ingilis qrupunda müəllim daimi ingiliscə danışır, qulaq adət edir və ixtisas terminlərini ingiliscə öyrənirsən.
AzMİU-nun korpusları haqqında nə bilmək lazımdır?
Universitet üç korpusdan ibarətdir: memarlıq korpusu, birinci və ikinci korpus. Axır vaxtlarda bir yeni korpus da tikilib, hələ istifadəyə verilməyib. Memarlıq korpusunda memarlıq və dizayn ixtisasları, birinci korpusda nəqliyyat, MİT (mexanika və informasiya texnologiyaları), su təsərrüfatı kimi fakültələr yerləşir.