2x Academy

Rəsulova Aysu - BQU, Coğrafiya müəllimliyi

62 baxış10:543 dəq oxuÖdənişli
RA

Qonaq

Rəsulova Aysu

Tarix və coğrafiya müəllimliyi

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Aysu, özünü təqdim et.

Mən Aysu Rəsulova, Bakı Qızlar Universitetinin coğrafiya ixtisası üzrə birinci kurs tələbəsiyəm. Tələbəlik həyatım çox yaxşı gedir, müstəqil olmağı, müstəqil qərar verməyi öyrədib.


Niyə coğrafiya müəllimliyi

2x Academy

Bu ixtisası necə seçdin? Neçə bal topladın?

Riyaziyyat fənnindən çətinliklərim olduğuna görə 230 bal topladım və 200 ballıq ixtisasda oxuyuram. Oxuduğum ixtisas coğrafiya müəllimliyidir.

Amma özüm ixtisası çox sevirdim. Bu mənim müəllimlərim tərəfindən, ən əsası Tural müəllim tərəfindən gələn bir sevgi idi. Coğrafiya fənnini çox maraqlı keçirdi bizə. Əvvəlcədən xəritələrə, təbiətə marağım olduğuna görə coğrafiya fənnini seçdim.

İxtisas seçimində iki yerə müəllimlik yazmışdım, onlardan birinə düşdüm. Bakı Qızlar Universitetini yazmışdım və qəbul oldum.


Dərslər və ixtisasa uyğunluq

2x Academy

Dərslərlə ixtisasın arasındakı əlaqə nə qədərdir?

Hal-hazırda mənə ingilis dili, informatika, coğrafiya (geodeziya kimi tədris olunur), mülki müdafiə fənləri keçilir. Geodeziya coğrafiyanın bir növüdür.

Coğrafiya müəllimliyinə daha çox lazımlı olanlar geodeziyaiqlimşünaslıqdır. Mülki müdafiə kimi fənlər mənə elə gəlir ki, ixtisasa lazım deyil, amma əslində sosial həyatda lazımlıdır.


Müəllimlər və qrup

2x Academy

Bakı Qızlar Universitetində müəllimlərin münasibəti necədir?

Müəllimlər çox qayğı edən aşalardır. Əsasən ingilis dili müəlliməsini çox sevirəm, davranışları yaxşıdır. Müəllimlərin əksəriyyəti yaşlı müəllimlərdir, amma cavan müəllimlər də var.

2x Academy

Qrupda neçə nəfərsiniz?

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Bakı Qızlar Universitetinə neçə balla qəbul olmaq olar?

Aysu 230 bal toplayıb 200 ballıq coğrafiya müəllimliyi ixtisasına qəbul olub. Riyaziyyat fənnindən çətinlik çəkdiyi üçün balı bu səviyyədə olub. Müəllimlik ixtisaslarına iki yer yazılması mümkündür və düşmə şansı çox yüksəkdir.

Bakı Qızlar Universitetinin əsas üstünlüyü nədir?

Universitet yalnız qız tələbələrin oxuduğu təhlükəsiz mühit təklif edir. Aysuya görə müəllimlər savadlı, tələbələrlə davranışları yaxşıdır. Müəllim olmaq istəyənlər üçün həm təhsil, həm də mühafizə baxımından güclü universitetdir.

Coğrafiya müəllimliyində hansı fənlər keçilir?

Birinci kursda Aysuya ingilis dili, informatika, coğrafiya (geodeziya kimi tədris olunur), mülki müdafiə fənləri keçilir. Coğrafiya müəllimliyi üçün iqlimşünaslıq və geodeziya kimi fənlər ən önəmlidir. Praktiki dərslər əsasən üçüncü-dördüncü kursdan başlayır.

Müəllimlik ixtisasını bitirib hara işləmək olar?

Aysu məktəblərdə işləməyə üstünlük verir. Bunun üçün MİQ (müəllimlərin işə qəbulu) imtahanlarından və müəllimlərin sertifikatlaşdırılmasından uğurla keçmək lazımdır. Bundan əlavə repetitor olmaq, özəl kurslarda dərs demək imkanları da var. Universitetdə də dərs demək olar.

Coğrafiya müəllimliyi ixtisası kimə uyğundur?

Aysuya görə təbiət elmləri və coğrafiya ilə maraqlanan, xəritələrə marağı olan tələbələrə bu ixtisas uyğundur. İş imkanları çoxdur: repetitorluq, özəl kurslar, məktəb müəllimliyi. Aysu özü orta məktəbdə Tural müəllimin coğrafiya dərsləri sayəsində bu sahəni sevib.