2x Academy

Aysel Novruzlu - ADNSU, BANM Kimya mühındisliyi (ingilis dili üzrə)

55 baxış17:495 dəq oxuÖdənişli
AN

Qonaq

Aysel Novruzlu

Kimya Mühəndisliyi

1 dekabr 2025

Kimdir və harada oxuyub

2x Academy

Aysel, özünü tanıt.

Mən Aysel Novruzlu. Bakı Ali Neft Məktəbi magistr məzunuyam. Bakalavrı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bitirmişəm. Hər iki universitetdə də kimya mühəndisliyi ixtisası üzrə oxumuşam.


Ballar və universitet seçimi

2x Academy

Hansı balla qəbul olmusan?

Ümumi balım 573 idi. Bizdə minimal keçid balı 542, maksimum isə 623 idi. Məqsədim heç vaxt ADNSU oxumaq olmayıb. Əgər mühəndis olmaq istəyirsizsə, hal-hazırda Azərbaycanda ən yaxşı universitet Bakı Ali Neft Məktəbidir. Mənim məqsədim bura idi, balım çatmadı. Daha yaxşı tanınan mühəndislik universiteti olaraq ADNSUya yazdım. İngilis dili sektoruna balım çatırdı.

Kimya mühəndisliyini seçməyimin səbəbi uşaqlıqdan kimyanı sevməyim və yaxşı kimya müəllimlərim olması idi. Kimyadan aralı nəsə eləməzdim deyə kimya mühəndisliyini qərara aldım.


Tələbəlik nə öyrətdir

2x Academy

Bir cümlə ilə tələbəlik nə öyrətdi?

Çalışmaq. Siz tələbəsizsə, dayanmaq lüksünüz yoxdur. Hər daim özünüzdə işləməli və inkişaf etməlisiniz. Dayandığınız an digər tələbə yoldaşlarınız – ki, onlar artıq sizin rəqiblərinizdir – sizdən irəli keçirlər.


ADNSU-da akkreditasiya və ingilis sektor

2x Academy

Dərslər və ixtisasla əlaqəsi necə idi?

Bizim qəbul olduğumuz il ekstraordinar bir il idi. Yeni akkreditasiya proqramı aparılmaq istənirdi, uğursuz oldu. Fənlərin hər biri mühəndislik fənləri idi. Problem tədrisin aparılmasında idi – proqram təzə idi, müəllimlər uyğunlaşa bilməmişdilər, kadr çatışmazlığı vardı.

Bəzi müəllimlər ingilis dilini yaxşı bilirdi, amma fənni yox; əksinə bəziləri fənni yaxşı bilsə də ingilis dili zəif idi. Dörd il ərzində qanun idi ki, tələbə ingilis dilində tədris almalıdır.


Müəllimlər və imtahanlar

2x Academy

Münasibət necə idi?

Münasibət yaxşı idi. "Bu tələbəni kəsim" yanaşması yox idi. Lakin sistem düzgün qurulmadığı üçün bəzi fənləri qətiyyən mənimsəməmişik.

İmtahanlar bakalavrda çətin deyildi. İngilis sektorda həm yazılı, həm şifahi imtahan olurdu – cavabları yazıb şifahi şəkildə müdafiə edirsiz. Bu sistem etiraz imkanı verirdi. Yuxarı bal almaq isə çətindir. Sırf yazılı imtahan dörd ildə yalnız bir fəndən vermişdik, çox çətin idi – beş sual verilir, leksiyanın adlarını yazırlar, nə bilirsənsə yazırsan. Dörd ildə bir məsələ həll edilmədi, keys verilmədi – sırf əzbərçilik idi.


Praktiki dərslər və laboratoriya

2x Academy

Praktika varmı?

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

ADNSU-da kimya mühəndisliyinin keçid balı necə idi?

Ayselin qəbul olduğu il bu ixtisasın minimal keçid balı 542, maksimumu 623 idi. Onun şəxsi balı 573 olub. Aysel əslində Bakı Ali Neft Məktəbini hədəfləyirdi, balı çatmadığı üçün ADNSU-nun ingilis dili sektorunda kimya mühəndisliyini seçdi.

ADNSU bakalavr imtahanları necə keçirilir?

İngilis sektorda imtahanlar həm yazılı, həm şifahi olur – cavabları yazıb şifahi şəkildə müdafiə edirsiz, balınızı müəllimin yanında alırsınız. Bu sistem etiraz imkanı verir və daha asandır. Dörd il ərzində yalnız bir fəndən sırf yazılı imtahan vermişdi.

Bakı Ali Neft Məktəbi tədrisi ADNSU-dan necə fərqlənir?

Bakı Ali Neft Məktəbində magistr müəllimlərinin hamısı real mühəndislərdir, pedaqoji təhsilli deyillər. Zavodlarda, iş yerlərində gördüklərini real keyslərlə danışırlar. Aysel hazırlaşmadan 78 balla magistraturaya qəbul olub.

Erasmus Portuqaliyaya getmək necə oldu?

Magistr birinci kursun ikinci semestrində kafedradan mail göndərilmişdi. Tələblər: ortalama 81-dən yüksək, motivasiya məktubu. Erasmus qrant verir, universitet yerləşməni və qəbul prosesini həll edir. Aysel viza üçün Türkiyəyə getməli oldu, viza 45 gün gec çıxdığı üçün semestrə gec çatdı.

Kimya mühəndisliyində iş bazarı necədir?

Kimya mühəndisi həm proses mühəndisi, həm laboratoriya, həm keyfiyyətə nəzarət sahəsində işləyə bilir. Azərbaycanda istehsalat şirkətləri çoxdur, lakin rəqabət üst səviyyədədir. Aysel Socar gənc istedadlar proqramında digər ixtisasların 35-36 bal keçid balına qarşı kimyaçıların 38-ə qədər nəticələrinin müsahibəyə dəvət olunduğunu deyir.