2x Academy

Fatimə Hacıyeva - BDU, Dövlət və İctimai Münasibətlər (tədris ingilis dilində)

55 baxış35:066 dəq oxuÖdənişli
FH

Qonaq

Fatimə Hacıyeva

Dövlət və ictimai münasibətlər

1 dekabr 2025

Kimdir və harada oxuyub

2x Academy

Fatimə, özünü qısa təqdim et.

Mən Fatimə Hacıyeva. Bakı Dövlət Universitetindən 2025-ci ildə məzun olmuşam. İxtisasım dövlət və ictimai münasibətlər olub, təhsilimi ingilis dilində almışam.


Qəbul və qrup balları

2x Academy

Hansı balla qəbul oldun?

Bu ixtisasa 600.8 balla daxil olmuşam. Qrup yoldaşlarımın bal aralığı 598-dən (keçid balı) 650-yə qədər idi. Demək olar ki, hamı 600 ortalığında — 600, 620, 625.


Niyə bu ixtisas və niyə BDU

2x Academy

Niyə bu sahəni seçdin?

Üçüncü qrup olmuşam, çünki tarix fənnini çox sevirdim. Müəllimlik mənə uyğun deyildi, hüquqdan da imtina etmişdim. Dövlət və ictimai münasibətlər haqqında məlumatım yoxdu, ixtisas yeni yaranmışdı. YouTubeda bir video tapdım — qısa məlumatdan maraq cəlb etdi: dövlət idarəçiliyi haqqındadır, siyasət, politologiya və sosiologiyanın qarşılığı.

Həm ingilis dilində tədris olduğu üçün — magistrımı xaricdə almaq istəyirdim — bu plus bir idi.

BDU seçimi qəti idi: kodlaşdırdığım 15 ixtisasdan 13-ü Bakı Dövlət idi. İlk universitetimiz olduğu üçün, tanınmışrəngdə yuxarı olduğuna görə.


Birinci kurs çətinliyi

2x Academy

Birinci kurs necə oldu?

İngilis dilim yaxşı idi, amma DİM imtahanında daha çox qrammatika və yazılı vurğulanırdı, spikinq praktik deyildi. Üçüncü qrupdan gəldiyim üçün siyasət, dövlət quruluşu ilə birbaşa başlamaq çox ağır gəlmişdi. İkinci semestrdən baza yarandı, fənlər maraqlı oldu.

Birinci kursda biz foundation kimi başladıq — idarəetməyə giriş. Azərbaycan dili (rəsmi versiyası kimi nitq bacarıqları fənni) az sektorla birləşik keçilən yeganə fən idi. Sonra fənlər tam ixtisasyönümlü oldu.


İmtahanlar və qiymətləndirmə

2x Academy

İmtahanlar necə keçirdi?

İmtahanlar yazılı idi. İngiliscə, yazılı və fərqli ixtisas — ilk kurs çətin idi. Amma GPA-m 92-dir, qrup yoldaşlarımın hamısının da 90+ idi. Dörd ildə cəmi bir nəfər kəsilmişdi — birinci kursun birinci semestri.

Suallar əvvəlcədən verilirdi — kreditə görə dəyişirdi, ən yuxarı sual sayı 120 idi. Cavablar verilmirdi, mənbə və PrivLegedən özümüz axtarırdıq. Bəzi müəllimlər istiqamət verirdi. Açıq suallar, bir A4 vərəq doldurmaq lazım idi.

Spendiya GPA-ya görə hesablanırdı, sıralamada ilk 25 nəfər. Mənim ortalamam yetəri qədər yüksək olmadığı üçün spendiya almırdım, amma dördüncü kursun bir semestri istisna olmaqla bütün spendiyalar alıb. 600 plus keçəndə birinci semestr əlaçı spendiyası verilir.


Korpus və fakültə

2x Academy

Hansı korpusda oxuyurdun?

BDU-nun dörd korpusu var. Bir saylı korpus əsas korpusdur — beynəlxalq münasibətlər və iqtisadiyyat, filologiya, hüquq burada. Korpus dəyişmir, mərtəbə dəyişir: filologiya aşağı, dövlət və ictimai münasibətlər ortada (4–7), hüquq 8–9-cu mərtəbədə. Hüquqla bağlı fənlər olanda yuxarı qalxırdıq.

Bizdə hüquqdan da dərs keçirdik — konstitusiyalarla bağlı dərslər çox idi. Hüquqla bağlı kreditlərimiz təxminən 40-50 idi. Təxminən 70% siyasət-idarəetmə, 15-20% hüquq, 10% sosial fənlər.


Praktika və yekun imtahanı

2x Academy

Praktika necə təşkil olunurdu?

Bizdə diplom işi yox, test imtahanı olurdu (üç fəndən: yumşaq bacarıqlar, sərt bacarıqlar, karyera planlaması). Praktika dördüncü kursun ikinci semestrindəmay ayında, bir ay.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

BDU-da dövlət və ictimai münasibətlər nə öyrədir?

İxtisas siyasət, politologiya və sosiologiyanın qarşılığı kimi bir sahədir, dövlət idarəçiliyi haqqındadır. Yeni yaranmış ixtisas olduğu üçün Azərbaycanda detallı məlumat çox azdır, amma Avropada daha inkişaf edib. Magistrda public policy, beynəlxalq əlaqələr, global governance kimi spesifik istiqamətlərə yönəlmək olur.

Bu ixtisasda imtahanlar və qiymətləndirmə necədir?

İmtahanlar yazılıdır, suallar əvvəlcədən verilir (60-120 arası açıq sual), cavablar verilmir, mənbə və priviləgə əsasən tələbə özü hazırlayır. Hər sual üçün bir A4 vərəq doldurmaq lazımdır. Fatimənin qrupunda dörd il ərzində cəmi bir nəfər kəsilmişdi, GPA-ları 90+ idi.

BDU-da hansı korpusda təhsil alınır?

BDU-nun dörd korpusu var. Bir saylı korpus əsas korpusdur; beynəlxalq münasibətlər və iqtisadiyyat, filologiya, hüquq bu korpusdadır. Korpus dəyişmir, sadəcə mərtəbə dəyişir — filologiya aşağı, dövlət və ictimai münasibətlər ortada, hüquq yuxarı mərtəbələrdədir.

Bu ixtisasdan sonra harada işləmək olar?

PR, HR, project management, beynəlxalq əlaqələr və dövlət idarəetməsi sahələrinə yönəlmək olur. Həm özəl, həm dövlət sektorunda iş tapmaq mümkündür. Beynəlxalq əlaqələr ən rəqabətli istiqamətdir, mütəxəssis olmaq tələb edir.

Xaricdə magistr üçün hansı təqaüdlər var?

İsveçdə SI Scholarship, Almaniyada DAAD, Fransada Eiffel, Litvada Lithuania State Scholarship, İtaliyada merit və millet-based təqaüdlər var. Azərbaycandan DİP proqramı UK və ABŞ-da prestijli universitetlər üçün ideal vasitədir, geri qayıdanda dövlət qulluqçusu statusu verir.