2x Academy

Vüsalə Rizvanova - BDU, Filologiya ( Azərbaycan dili və ədəbiyyatı üzrə)

62 baxış32:528 dəq oxuÖdənişli
VR

Qonaq

Vüsalə Rizvanova

Filologiya

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Vüsalə, özünü qısa təqdim edərdin.

Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbəsiyəm. 565 balla bu fakültəyə qəbul olmuşam. Artıq bitirmək üzrəyəm. İnşallah ki, magistr planlarımla yenə Bakı Dövlət Universitetində davam etmək istəyirəm.


Niyə BDU və niyə filologiya

2x Academy

Niyə Bakı Dövlət Universitetini seçdin?

Bakı Dövlət Universitetini uşaq vaxtlarımdan istəyirdim. Ailədə, nəsildə bir çoxu BDU-da davam edirmiş, təhsilindənmüəllimlərindən çox yaxşı danışırdılar.

Əvvəl bir az jurnalistikaya — aparıcılığa görə — fikirləşmişdim. Sonra düşündüm ki, bu işin mütəxəssisi olandan sonra jurnalist kimi də fəaliyyət göstərə bilərəm. Ona görə Filologiya fakültəsini seçdim. Heç peşman deyiləm — buranın mənə verdiyi fürsətlər, konfranslar, yazdığım məqalələr bu gün işimə çox yarayır.

2x Academy

BDU-da oxumağın ən böyük üstünlüyü nədir?

Təhsil səviyyəsinin yüksək olması. Müəllimlərin tələbkarlığı, verdikləri materiallar, kitabların özlərinin müəlliflərindən dərs almağımız. Məsələn, Qızılgül xanım Abdullayeva — artıq elmlər professorudur, onun mühazirələrini heç nəyə dəyişməzdim. Mənim məqalələr yazmağımda ən böyük rolu olan Təranə İsmayıl müəllimi mənim ustadımdır.


Müəllimlərlə münasibət

2x Academy

Müəllimlərlə münasibətlər necədir?

Mən heç bir müəllimlə çətinlik yaşamamışam. Müəllimlərimin mütəxəssis kimi formalaşmamda çox böyük rolu olub. Mənəvimotivasiya cəhətdən hər biri dörd illik həyatımda iz qoyub.


İmtahanlar: yazılı və şifahi

2x Academy

İmtahanlar necədir?

Birinci kursa daxil olanda qeyri-ixtisasixtisas fənləri yazılı keçirilirdi. Bir ödək — Azərbaycan dilində kommunikasiya — şifahi olurdu (məntiqi cəhətdən danışıq nitqi yazılı ola bilməzdi).

Artıq BDU-da qeyri-ixtisas imtahanları şifahi, ixtisas imtahanları isə yazılı keçirilir. Bu doğru qərardır. Bizim ixtisasımız filologiya olduğuna görə imtahanlarda nümunələröz fikirlərimizi yazmaq tələb olunur — şifahi olsa, vaxt çox uzun olardı.

Çətinlik səviyyəsi: semestr ərzində oxuyan tələbə üçün problem yoxdur. Mən imtahana bir-iki gün qalmış hazırlaşanda rahatlıqla 50 üzərindən 48-49 yığırdım. Səs yaddaşım güclüdür, mühazirələrə qulaq asıb qeydlər götürürəm, seminarda danışırdım. Suallar əvvəlcədən verilir, tələbə bir ay, bir həftə və ya bir gün hazırlaşa bilər.


Dərslər və ixtisas uyğunluğu

2x Academy

Dərslər ixtisasa nə qədər uyğundur?

Qeyri-ixtisaslar çıxmaq şərtilə ixtisas fənləri uyğundur. Azərbaycan dilçiliyi üzrə oxuyuruq və onun bölmələrini ayrı-ayrı semestrlərdə keçirik. Birinci semestrdə fonetika, birinci kursun ikinci semestrində leksikologiya və s. Filologiya ayrıca olduğu üçün bizdə tam ayrı-ayrı, ətraflı keçilir. Azərbaycan ədəbiyyatı müəllimliyi isə qısaldılmış formada keçir. Məsələn, fonetika bizdə 60 saat, onlarda 45 saat tədris olunur bir semestrdə.


Filologiya əslində nədir

2x Academy

Filologiya nədir?

Filologiya əslində Azərbaycan dili və ədəbiyyatın mütəxəssisi hesab olunur. Müəllimliklə filologiyanın ayrılmasına o qədər düzgün yanaşmıram. Hər iki ixtisas tələbəsi gələcəkdə mütəxəssis ola bilər, magistr yolu ilə universitetdə professor və ya müəllim kimi işləyə bilər, doktorantura üzrə fəlsəfə doktoru ola bilər.

Bir fərq odur ki, biz universiteti bitirən zaman dövlət məktəblərində müəllim kimi işləyə bilmirik (bu özəl məktəblərə aid deyil — orada intervyu və imtahanla işləmək mümkündür). Düzgün yanaşsaq, hər filoloqun da müəllim işləmə hüququ olmalıdır — kompüter mühəndisliyi oxuyan biri dövlət məktəbində informatika dərsi keçirsə, biz niyə Azərbaycan dili ədəbiyyatı dərsi keçməyək? Bu işin mütəxəssisiyik.

İndi dövlət məktəblərində işləmək üçün magistr təhsiliAzərbaycan Dili və Ədəbiyyatın Tədrisi (tədrisin metodikası) — tələb olunur. İki il sonra məktəblərə imtahan verilir. Halbuki ixtisas fənləri arasında bizimlə müəllimlik arasında demək olar fərq yoxdur — yalnız metodikapedaqogika fərqi var.


Praktiki dərslər və mətnşünaslıq təcrübəsi

2x Academy

Praktiki dərslərin faydasını görürsünüzmü?

Dördüncü kursun birinci semestrına qədər dərsləri keçirik. Sonra təcrübəyə gedirik. Filologiya ilə müəllimlik fərqi: müəllimləri məktəblərə, bizi universitetdə təcrübə proqramına göndərirlər.

Həftədə üç-dörd dəfə çağırılırıq. Yenicə mətnşünaslığı bitirdik — transliterasiyatranskripsiya məsələləri üzərində işlədik. Dədə Qorqud, orta əsr və yeni əsr yazı abidələrini, əski yazıqədim türk dili ilə oxumağa başladıq (bunları birinci kursdan keçməyə başlamışdıq).

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Filologiya əslində nədir, müəllimlikdən fərqi varmı?

Vüsaləyə görə filologiya Azərbaycan dili və ədəbiyyatın mütəxəssisi hesab olunur. Filologiyanı və ya Azərbaycan dili ədəbiyyat müəllimliyini bitirən hər iki tələbə gələcəkdə magistr yolu ilə universitetdə professor, müəllim və ya doktorantura üzrə fəlsəfə doktoru ola bilər. Əsas fərq odur ki, filologiya bakalavrı dövlət məktəblərində birbaşa müəllim kimi işləyə bilmir, magistr (Azərbaycan Dili və Ədəbiyyatın Tədrisi) tələb olunur. Özəl məktəblərə isə intervyu və imtahanla qəbul olmaq mümkündür.

BDUda Filologiya fakültəsində imtahanlar necə keçir?

Qeyri-ixtisas fənləri şifahi, ixtisas fənləri isə yazılı olaraq keçirilir. İxtisas imtahanlarında nümunələr və öz fikirlərin tələb olunur. Suallar əvvəlcədən verilir, semestr boyu aktiv olan tələbə bir-iki gün hazırlıqla rahatlıqla 50 üzərindən 48-49 yığa bilər. Vüsalənin universitet ortalaması 96-dır.

Filologiya bitirən hansı sahələrdə işləyə bilər?

Filolog özəl məktəblərdə, universitetlərdə dərs deyə, jurnalistika və redaktorluqla məşğul ola, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi dövlət qurumlarında işləyə bilər. Filologiya məhkəmələrdə də işləmək hüququ verilib (dövlət qulluğu vasitəsilə). Azərbaycan dilini mükəmməl bilmək, əlavə xarici dil, kompüter bacarıqları və ofis proqramları rəqabətdə üstünlük verir.

Bakı Dövlət Universitetinin neçə korpusu var, harada dərs olur?

BDU-nun dörd əsas korpusu var (bir saylı, iki saylı, yeni korpus və əsas korpus) — şəhərcik kimi yanaşı yerləşir. Bir saylının təmir olunmasına görə Vüsalənin qrupu hazırda C korpusunda (əvvəlki Bakı Asiya Universiteti) dərs alır. Korpuslar yaxın olduğu üçün tələbə dərs arası yolda qalmır.

Filologiya seçmək istəyən abituriyentə nə tövsiyə olunur?

Vüsalə bal əsaslı seçim əvəzinə ürəklə seçməyi məsləhət bilir. Müəyyən sosial aktivliyi qorusunlar, məqalələr yazmağa başlasınlar, dörd il boyunca yalnız dərslə kifayətlənməsinlər. Xarici dil və ofis proqramlarını mütləq öyrənsinlər — bu bacarıqlar universitet biliklərini gələcək karyera yolunda gücləndirir.