2x Academy

Ülkər Hüseynova - BDU, İqtisadiyyat

62 baxış19:345 dəq oxuÖdənişli
ÜH

Qonaq

Ülkər Hüseynova

İqtisadiyyat

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Ülkər, özünüzü qısa təqdim edin.

Mən Ülkər Hüseynova. 20 yaşım var, ikinci kurs tələbəsiyəm. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsində iqtisadiyyat, tədris ingilis dilində təhsil alıram.


Niyə iqtisadiyyat və niyə BDU

2x Academy

Bu ixtisası və universiteti niyə seçdiniz?

Abituriyent olanda universitetlər barədə düşünmürdüm, məqsədim yüksək bal toplamaq idi. Düşünürdüm ki, yüksək bal olsa onsuz qapılar açıqdır. Özümü birdən Bakı Dövlət Universitetində tapdım.

Peşman deyiləm. BDU Azərbaycanın ən prestijli universitetlərinin başında gedir, beş ulduzlu universitetdir, ingilis dilində təhsil mənə çoxlu qapılar açır.

İqtisadiyyat sahəsi haqqında çox düşünməmişdim, amma yaxşı ki, düşmüşəm. Geniş sahədir, bir sıra fəaliyyətlərdə özümü tanıda bilirəm.


Bal və qrup

2x Academy

Hansı balla qəbul oldunuz?

494 balla qəbul olmuşam. Qəbul olduğum il sahəmizin keçid balı 429 idi. Qrupumuzda bal aralığı 430-dan 500-ə qədər gedir. Hal-hazırda qrupda 22 nəfərik.


İngilis tədrisinin gərginliyi

2x Academy

İngilis dilində tədris çətinlik yaratdı?

Çətinlikdən savayı, mane də olurdu. Universitetə qədər düşünürdüm ki, birinci kursda ingilis dilini öyrənəcəyik, bütün fənlər Azərbaycanca olacaq, ikinci kursdan ingilis dilinə keçəcəyik. Lakin belə olmadı — birinci kursdan elə gözümüzü açan kimi orada ingiliscə danışmağa başladıq.

Yeni terminlər, müəllimlərlə ingilis ünsiyyət — bir müddət uyğunlaşmaq lazım gəldi. Amma uyğunlaşma rahat oldu, ikinci kursdan etibarən terminləri bildiyimiz üçün müəllimlərlə ünsiyyət rahatdır.


Müəllimlər və mentorluq

2x Academy

Müəllimlərlə münasibətiniz necədir?

Müəllimlər professionaldır, ingilis dilini yüksək səviyyədə bilirlər. Bizimlə rahat ünsiyyət üçün çalışırlar. Çətinlik çəkəndə Azərbaycancaya tərcümə edirlər.

Elə müəllimlərimiz var ki, mentorluq xüsusiyyəti daşıyır — vebsaytlar, linklər göndərir, sosial fəaliyyətlərdə aktivliyimizi istəyir, vakansiyaelanlar göndərir.


İqtisadiyyat nədir və fənlər

2x Academy

İqtisadiyyat haqqında danışın.

Mənə görə iqtisadiyyat belədir: əlimizdə məhdud sayda resurslar var, lakin insanların istəkləri sonsuzdur. Bu məhdud resurslarla insanların sonsuz istəklərini maksimum mənfəət əldə etməklə necə hazırlaya, istehsal və satış edə bilərik — iqtisadiyyat bunu öyrənir.

İnsanlar düşünür ki, iqtisadiyyat sadəcə satmaq, almaq, bank işləridir. Əslində başdan-başa insanda güvən yaratmaqdır, insan psixologiyasından asılıdır. Target audienceni bilməsən nəyi satmaq, necə güvən yaratmaq olmazsan.

Birinci kursda multikulturalizm keçirdik — əslində iqtisadiyyatla çox əlaqəlidir: müxtəlif mədəniyyət və dinləri bilməsək target audience-i tanımarıq.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

BDU-da iqtisadiyyat ingilis bölməsi necədir?

Ülkər birinci kursdan etibarən bütün dərslər ingiliscə keçilir deyə düşünmüşdü, lakin elə birinci kursdan ingilis dilində danışmağa başladılar. Yeni terminlər, ünsiyyət — uyğunlaşmaq bir müddət çəkdi, amma ikinci kursdan etibarən bütün terminlər mənimsənildiyi üçün müəllimlərlə ünsiyyət rahatdır.

İmtahanlar BDU-da necə keçir, kəsilmə çox olurmu?

İmtahanlar yazılıdır, bəzi fənlər şifahidir, test yoxdur. 5 sual düşür və A4 vərəqini doldurmaq lazımdır. Bir ay ərzində imtahan olur, aralıqlar dəyişir — tələbə özü çətin fənləri uzun aralıqlı yerlərə yerləşdirə bilər. Ülkərə görə oxuyan tələbə üçün keçmək realdır.

İqtisadiyyatda hansı fənlər və praktiki tapşırıqlar var?

Reklam fənni Ülkərin ən sevdiyi fən olub — sərbəst iş kimi məhsul seçib reklam hazırlamalı idilər; onun qrupu sürmənin reklamını təqdim etmişdi. Multikulturalizm də keçilir — mədəniyyət, din, target audience anlayışları üçün vacibdir. Riyazi fənlər nəzəri və misallarla birgə çətinlik yaradır.

BDU-da hansı imkanlar və klublar var?

BDU Könüllüləri — bir sıra tədbirlərə pulsuz iştirak imkanı. Conversation qrupları — dili və networkinqi inkişaf etdirmək üçün. İnnovasiya Mərkəzi — startup ideyalarını təqdim etmək. TEC (Tələbə Elmi Cəmiyyəti) — araşdırma və konfranslar. Adi, zərbəçi və əlaçı təqaüdləri də mövcuddur.

İqtisadiyyat ixtisası hansı iş imkanları açır?

Çox geniş sahədir. Bankda işləmək, maliyyəçi, mühasibatçı, kredit mütəxəssisi, iqtisadiyyatçı, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi. Lakin rəqabət yüksəkdir — dil (ispan, alman və s.) və komputer bilikləri olmalıdır, əks halda rəqiblərdən geri qalırsan.