2x Academy

Mehri Quluzadə- BDU, Kompüter Elmləri

62 baxış36:417 dəq oxuÖdənişli
MQ

Qonaq

Mehri Quluzadə

Komputer Elmləri

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Mehri, özünü qısa təqdim et.

Mən Mehri Quluzadə. Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsində komputer elmləri üzrə ikinci kursdayam.

Təxminən altı ildir kibertəhlükəsizlik sahəsində işləyirəm. Araşdırma və təqdimat işləri ilə də məşğul olmuşam.


Abituriyentlik: iki istiqamət, bir yol

2x Academy

Hazırlıq necə keçdi, ümumi balınız nə idi?

Ümumi balım 417 idi. Bir ildən çox üçüncü qrupa hazırlaşmışdım. Sonra analitik düşündüm, əvvəl maraqlandığım sektora qayıtmaq istədim və birinci qrupa keçdim.

Abituriyentlik mənim üçün bir az qarmaşıq idi. Həmyaşıdlarım bir sahəyə fokuslananda mən bir birinə zidd iki sahəyə baxırdım. Birinci hədəfim hüquq idi, sonra isə komputer elmləri üzrə getmək istədim.

Buraxılış fənləri adətən hamı verdiyi üçün hazırlıq qaydasında gedirdi. Sonra ədəbiyyat, Azərbaycan dili, tarixdən bir anda fizika, informatika, riyaziyyata keçmək çətin idi. Qəbul imtahanında riyaziyyat və informatika güclü olsa da fizikadan zəif nəticə aldım. Yenə də motivasiyanı itirmədim və komputer elmlərinə yönəldim.


Keçid balı və qrup

2x Academy

İxtisasın keçid balı və qrupdə vəziyyət necə idi?

Bizim ixtisasının keçid balı təxminən 414 idi, mən qəbul oldum. Qrupda bal aralığı 414 dən başlayırdı. Elə limit qəbul olan şəxs qrup yoldaşım idi.

Bir müddət kimya balı ilə də informatika istiqamətinə düşmək mümkün imiş, bu indi qaldırılıb. Qrupda 600 üstü bal toplayan kimya üzrə şəxslər də olub, amma informatikaya anlayışı olmayan. Gələcəyin ixtisası deyib seçmək tək başına kifayət deyil, maraq, bazasevgi lazımdır. Bazası olmayanda heç nə maraqlı gəlmir.


Mentorluq və sosial şəbəkə

2x Academy

Əvvəl bu sahədə işləmisənmi?

Mən öz imkanı ilə fəaliyyət göstərmişəm. Bir müddət sosial platformalarda gənclərə və öyrənmək istəyənlərə ödənişsiz mentorluq verdim. Təxminən bir ay ərzində on mindən çox izləyici kütləsi toplandı, aktiv 200 üstü mentor dəstəyi də olub.

Bu sahədəki əvvəlki bacarığım birinci qrupa keçməyə də dəstək olub.


İmtahanlar: yazılı və şifahi, diskret çətin

2x Academy

Universitetdə imtahanlar necədir?

Bakı Dövlət Universiteti köhnə ənənəni saxlayır. Bəzi yerlərdə kompüterdə imtahan olsa da, mən qəbul olduğumdan bəri yalnız yazılı və şifahi imtahan vermişəm.

Tətbiqi riyaziyyat fakültəsində olduğumuz üçün çətin fənlər çoxdur. Riyazi analiz, diskret riyaziyyat ağırdır. Mən hələ kəsilməmişəm, amma diskret riyaziyyatda qrupun yarısından çoxu kəsilib, bəzi qruplarda heç kim keçməyib.

BDU haqqında mif var ki, imtahanlar çətindir və hamı kəsilir. Amma suallar keçilən mövzudan kənara çıxmır, bəzən daha bəsit səviyyədədir. Hazırlıq orta və yuxarı arasıdır.


Fənlər iş həyatına necə toxunur

2x Academy

Keçdiyin fənlər gələcəkdə faydalı olacaqmı?

Əvvəl birinci kursda nəyə lazımdır deyə düşünürdüm, bir az yayınmışdım. İkinci kursdan sonra məğzi daha yaxşı gördüm və çox çalışmağa başladım.

Bizim ixtisas komputer elmləridir. Süni intellekt, data analitika, data elmləri istiqamətləri var. Bunların altında maşın öyrənməsi, ehtimal, statistika, riyazi analiz, kompleks analiz kimi fənlər dayanır.

Kompüter şəbəkələri administratorlara və kibertəhlükəsizlik əsaslarına gedir. Proqramlaşdırma fənləri də var. Əgər əlaqə qura bilirsənsə, öyrəndiyin hər şey peşəkarlığa kömək edir. Sonradan developer və ya data tərəfi seçmək səndən asılıdır.


Müəllimlər: gənc və yaşlı fərqi

2x Academy

Müəllimlər dəstək verirmi?

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Komputer elmləri ilə komputer mühəndisliyi fərqi nədir?

Mehrinə görə komputer mühəndisliyi daha çox praktika və texnikaya yönəlib, komputer elmləri isə eyni texnikanın arxasındakı nəzəri əsasları öyrədir. Biri mühəndis kimi işləməyə, o biri alim və ya dərin nəzəriyyə yolu ilə işləməyə daha yaxındır. İkisi də eyni işi deyil.

Komputer elmlərinə gələndə riyaziyyat nə qədər önəmlidir?

Təxminən otuz faizə yaxın hissə riyaziyyatla bağlıdır. Tələbə bəzən gözləyir ki, yalnız ekran qarşısında kod yazacaq, amma semestr imtahanında riyazi analiz və diskret mövzulara görə çətinlik yaşaya bilər. Komputer elmləri dedikdə əvvəl riyaziyyat, sonra proqramlaşdırma düşünülməlidir.

BDUda komputer elmləri üzrə keçid balı və qəbul haqqında nə deyilir?

Mehrin qəbul olduğu ildə keçid balı təxminən 414 idi, öz ümumi balı isə 417 idi. Qrupda bal aralığı 414 dən başlayırdı. Bir müddət kimya balı ilə də informatika istiqamətinə düşmək mümkün imiş, bu qayda sonra dəyişib. İxtisas seçərkən təkcə gələcək adına deyil, maraq və baza olub olmamasına da baxmaq lazımdır.

İmtahanlar necə keçir, kəsilmə çox olurmu?

Mehri yazılı və şifahi imtahan verdiyini deyir, kompüterdə test imtahanı yox. Tətbiqi riyaziyyat fakültəsindəki fənlər çətin ola bilər, xüsusən diskret riyaziyyatda bəzən qrupun yarısından çoxu kəsilib. Suallar keçilən mövzudan kənara çıxmır, amma hazırlıq tələb edir.

Təqaüd və öyrənmə imkanlarını haradan izləmək olar?

Sosial şəbəkədə təqaüd və təcrübə paylaşan səhifələri izləmək, veb tətbiqlərdə elanlara baxmaq, dəyərli proqramların reklam və ya alqoritm ilə qarşı çıxmasını gözləmək olar. Mehri Holberton School Azərbaycan gen təqaüdü və digər qurumların proqramlarından bəhs edir.