Kimdir və harada oxuyur
2x Academy
Mehriban, özünü qısa təqdim et.
Mən Rəşidova Mehriban. 18 yaşım var. Bakı Dövlət Universitetində ikinci kursda təhsil alıram.
Abituriyentlik: sındığım il
2x Academy
Abituriyentlik vaxtı necə oldu?
Bəzi abituriyent düşünür ki, hazırlıq 10–11-ci sinifdir, amma artıq doqquzuncu sinifdən universitet imtahanlarına hazırlaşırıq. Mən doqquzda imtahan verdim, sonra 10-cu sinifdə sındım — "10-da oxumağa ehtiyac yoxdur, növbəti imtahan 11-dədir" dedim. Bu mənim ən böyük səhvlərimdən biri idi.
11-də fərqinə vardım ki, vaxtım çox az imiş. Sistemli rejimə keçdim — saat 1-də evdən çıxırdım, axşam 9-10-da gəlirdim, gündə 9-11 saat dərs. Belə rejimdə çatdırırsan, amma yorulursan — mənəvi və fiziki.
Qəbul balı və ixtisas
2x Academy
Hansı balla qəbul oldun?
Mən 436 balla daxil olmuşdum. Daha çox ola bilərdi, amma ehmal etdim. Bizim ixtisasın o ilki keçid balı 416 idi. Qrupda bal aralığı 416-417-dən 527-yə qədər dəyişir, 450+ və 500+ ballar çoxdur.
Niyə xüsusi pedaqogika
2x Academy
Bu ixtisası niyə seçdin?
İçimdə psixologiyaya sevgi var idi. Əvvəlcə istəmədiklərimi xaric etdim: müəllimlik və hüquqşünaslığı istəmirdim. Sonra fikrim formalaşdı — psixologiyaya yaxın iki ixtisas: korreksiya edici təlim (yeni adı xüsusi pedaqogika) və təhsildə sosial-psixoloji xidmət. Mən korreksiyaya düşdüm və xoşbəxtəm.
Niyə BDU
2x Academy
Universitet seçimində kriteriya nə idi?
Universitet cəhətdən qarışıqlığım yox idi — sanki bir dənə universitet var idi: BDU. Hətta ixtisas fərqi yox idi, o dərəcədə BDU-da oxumaq istəyirdim. Bu ixtisas Pedaqoji Universitet, Slavyan Universiteti və başqalarında da var idi. Prestij, ad, böyüklük və müəllimlər baxımından BDU-nun çox şey qatacağına inanırdım — həqiqətən belə də oldu.
Bizdə hamı ödənişsiz təhsil alır, ixtisasda ödənişli yer yox idi.
Birinci kurs: adaptasiya
2x Academy
Birinci kurs necə keçdi?
Xarakter etibarilə rahat adaptasiya olan birisiyəm, çətinlik çəkmədim. Amma məktəblərdən sonra universitet gözümüzü ağladır — 11 il məktəbdə 300-500 nəfər tanış simalar, sonra səni böyük universitetə minlərlə tələbə arasına atırlar. "Mən hardayam?" hissi yaranır. Birinci imtahan həyəcanı çox başqa idi, bir neqəddən sonra öyrəşirsən.
İmtahanlar: çətindir, amma keçilir
2x Academy
İmtahanlar necə olur, kəsilənlər çox olur?
İmtahanlarımız 90-95% yazılı, bəzi fənlər şifahidir. Çətindir, amma "oxumayacaqsan, heç nə olmayacaq" mifinə aldanmaq olmaz. Bəzən abituriyentlikdən də çətin olur.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Xüsusi pedaqogika ixtisası nə öyrədir?
Xüsusi pedaqogika (əvvəlki adı korreksiya edici təlim) fiziki və psixoloji qüsurlar üzərində korreksiya işləri aparır. Autizm spektri pozuntusu, fiziki qüsurları olan uşaqlarla işləyib onları cəmiyyətə qazandırmaqla məşğul olur. Günümüzdə çox ehtiyaclı, lakin psixoloji cəhətdən tələbkar bir sahədir.
BDU-da bu ixtisasa qəbul üçün keçid balı nədir?
Mehribanın qəbul olduğu ildə keçid balı 416 idi. O 436 bal toplamışdı. Qrupda bal aralığı 416-417-dən 527-yə qədər dəyişir. Yüksək nəticələr çoxdur, 450 və 500+ ballar var. Hamı ödənişsiz təhsil alır.
İmtahanlar yazılı, yoxsa şifahi keçirilir?
İmtahanlar 90-95% yazılı, az bir hissəsi şifahidir. Bu ixtisas üçüncü qrup olduğu üçün bizdə yalnız bir nəfər kəsilmişdi. Suallar keçilən mövzulardan kənara çıxmır, oxuduqca və hazırlaşdıqca çətinlik qalmır.
Praktiki dərslər nə vaxt başlayır?
Praktiki dərslər birinci və ikinci kursda hələ keçilmir, dördüncü kursda olacaq. Amma müəyyən mərkəzlərdə təcrübə kimi iştirak edirik. Hələ ki uşaqlara fokuslanmış vəziyyətdəyik, onlarla söhbətləşmək və cəmiyyətə qazandırmaq sevinclidir, amma çətindir.
Universitet seçimində nə vacibdir?
Hansı fənni yaxşı bilirəm deyə qrup seçməyin — nə olmaq istəyirəm sualına fokuslanın. Yüksək bal yığsanız da, ixtisasın sizə uyğun olub-olmadığını araşdırın. Bakı Dövlət Universitetinin dörd korpusu eyni həyətdədir, bir korpusdan digərinə keçmək rahatdır.