2x Academy

İsmayıl Vəliyev - BMU, İqtisadiyyat

62 baxış15:265 dəq oxuÖdənişli
İV

Qonaq

İsmayıl Vəliyev

İqtisadiyyat

1 dekabr 2025

Tanışlıq və təhsil yolu

2x Academy

İsmayıl, özünü qısa təqdim et.

Mən İsmayıl Vəliyev. Bakı Mühəndislik Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci kurs tələbəsiyəm. Ondan əvvəl texniki peşə təhsilisubbakalavr dərəcəsində təhsil almışam.

Təhsil yolum texniki peşə təhsilindən başladı. Sonra mühasibat uçotu ixtisası üzrə subbakalavr dərəcəsində davam etdim və üç ildən sonra universitetə qəbul oldum. Hazırda ali təhsil alıram.


Peşə təhsili: pandemiyada başlayan yol

2x Academy

Necə oldu ki, peşə təhsilinə başladın?

Pandemiya dövrü idi və səhhətimlə bağlı problemlər üzündən universitet alınmadı. Boş dayanmaq istəmədiyim üçün araşdırma apardım və peşə təhsil mərkəzində əməliyyatçı mühasib ixtisası üzrə birillik texniki peşə təhsili aldım.

Dərslər onlayn idi. Daha çox YouTube və digər platformalardan özüm araşdırmalar apardım, mühasibatlıq haqqında nəzəri və praktiki biliklərə sahib oldum. Sonra peşə təhsil mərkəzində yeni bir pilot layihə oldu — mühasibat uçotu ixtisası üzrə subbakalavr dərəcəsində qəbul. Sənədlərimi verdim, müsabiqədən uğurla keçdim və üç illik təhsilim başladı.

Bu mənim üçün bir növ dönüş nöqtəsi oldu. Dəyərli müəllimlərim, karyera mərkəzində tanıdığım insanlar oldu. İxtisasım və şəxsi karyeram üzrə müəyyən biliklər əldə etdim.


99 bal və imtahansız qəbul

2x Academy

Universitetə necə qəbul oldun?

Subbakalavrlarda ballar 100 ballıq sistemdən qiymətləndirilir. Mən 99 bal toplamışdım. Qırmızı diplomlafərqlənmə diplomu ilə məzun oldum. Fəxri fərman aldım və universitetə imtahansız qəbul oldum.

100 ballıq sistem necə işləyir: təhsil müddətində semestr imtahanları, səriştə imtahanları, istehsalat təcrübəsi, layihə təcrübəsi kimi imtahanlar veririk. Bunların hər birində bal hesablanır və üç ilin sonunda subbakalavr balı kimi yazılır.


BMU-nun seçimi

2x Academy

İqtisadiyyat və universitet seçimi necə oldu?

Subbakalavr olaraq seçim prosesimiz abituriyentlərdən fərqlidir. Eyni vaxtda aparılır, lakin subbakalavr boş yer qaldığı halda qəbul olur.

Bakı Mühəndislik Universitetini seçməyim peşə təhsil mərkəzində təcrübədə olduğum zaman mühasiblərlə işləməyimdən qaynaqlanır. Onların içərisində BMU məzunları var idi. Bu köklü bir universitetdir. Tədris keyfiyyəti vacib faktor olduğu üçün araşdırma apardım və mənə uyğun olduğunu qərar verdim.


Peşə təhsili ilə ali təhsil

2x Academy

İkisini necə müqayisə edərdin?

Bunları fərqləndirmək çox da düzgün deyil. Ali təhsil ali səviyyədə təhsil sistemidir, amma peşə təhsilinin də üstünlükləri var. Peşə təhsili daha çox praktikadır: sırf ixtisasa aid dərslər — maliyyə uçotu, vergi uçotu, əmək uçotu, məsrəf uçotu, ictimai sektor üçün mühasibatlıq standartları.

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Subbakalavrdan sonra universitetə necə qəbul olmaq olar?

İsmayıl peşə təhsilindən sonra mühasibat uçotu ixtisası üzrə subbakalavr dərəcəsi alıb. Subbakalavrlarda qiymətləndirmə 100 ballıq sistem üzrə aparılır; İsmayıl 99 bal toplayıb, qırmızı diplomla və fərqlənmə diplomu ilə məzun olub və universitetə imtahansız qəbul olunub.

Bakı Mühəndislik Universitetində iqtisadiyyat imtahanları necə keçir?

İsmayıl universitetdə cəmi bir dəfə qapı imtahan verib, qalan bütün imtahanlar açıq olub. Bəzən şifahi ekolokumlar olur, test üsulu az tətbiq edilir. Peşə təhsilində isə daha çox praktik tapşırıqlar verilirdi — məsələn, beş işçi üçün əmək haqqı hesablamaq.

İqtisadiyyat ixtisasında iş imkanları necədir?

İsmayıla görə sahə yüksək rəqabətlidir. Çoxlu məzun və işdə olub başqa iş axtaranlar var. Süni intellektin təsiri ilə mühasibatlıqda ixtisarlar olacaq, amma sahə yox olmayacaq; sadəcə proqnoz, strategiya və analiz tələb olunacaq. Aqrar Kredit və İnkişaf Agentliyində təcrübə keçib.

Peşə təhsili ilə ali təhsil arasında nə fərq var?

Peşə təhsili daha çox praktikadır — sırf ixtisasa aid fənlər keçilir: maliyyə uçotu, vergi uçotu, əmək uçotu, məsrəf uçotu, ictimai sektor üçün mühasibatlıq standartları. Ali təhsil daha geniş baxış formalaşdırır. İsmayıl ikisini müqayisə etməyin doğru olmadığını, hər birinin öz üstünlüyü olduğunu deyir.

BMU-da gənc mühasiblər klubunda nə baş verir?

İsmayıl klubun layihə meneceridir. Kənardan mühasib, vergi mütəxəssisləri və təlimçilər dəvət edib universitetdə seminar və vebinar formatında təlimlər keçirirlər. Tələbələrlə iş həyatında olan real praktikanı bölüşürlər. İsmayıla görə tələbə yalnız akademik nailiyyətə deyil, sosial aktivliyə də vaxt ayırmalıdır.