Kimdir və harada oxuyur
2x Academy
Mədinə, özünü qısa təqdim et.
Mən Mədinə Fətizadə. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ikinci kurs hüquq tələbəsiyəm. Rus sektorunda təhsil alıram.
Bal və qrup: 605, 600+ qrup
2x Academy
Hansı balla qəbul oldun, qrupun bal aralığı necədir?
Universitetə 605 bal toplayaraq qəbul olmuşdum. Mən qəbul olduğum ildən sonra ballar çox qalxdı və qrupumda hər kəs 600-dən yuxarı bal toplayıb. 700 yığan yoxdur. Qəbul olduğum ildə ödənişlinin keçid balı 601.8, ödənişsiz isə təxminən 613 idi. Bizdən bir öncəki ildə keçid balı 550 idi — yəni ballar bir ildə kəskin qalxdı.
Qrupda 20 nəfərik, atmosfer çox yaxşıdır.
Niyə hüquq və niyə Dövlət İdarəçilik Akademiyası
2x Academy
Bu ixtisası və universiteti niyə seçdin?
Həmişədən hüquq üzrə təhsil almaq istəmişəm və 10-cu sinifdə özümə məqsəd qoydum ki, mən hüquqa qəbul olmaq istəyirəm. Bunun üçün ciddi hazırlaşdım ki, balım yüksək olsun. Dövlət İdarəçilik Akademiyasına qəbul haqqında qərarı kodlaşdırma zamanı verdim. Ən çox istədiyim Ali Təhsil Müəssisəsi də, ixtisas da hüquq idi — hər ikisi üst-üstə düşdüyünə görə çox xoşbəxtəm.
Birinci kurs və Sabah Akademi kursu
2x Academy
Birinci kurs sənin üçün necə oldu?
Bir abituriyent üçün universitet tamamilə yeni bir mühitdir və uyğunlaşmaq vaxt tələb edir. Mən qısa müddətdə adapt oldum və artıq özümü inkişaf etdirməyə vaxt ayırmağa başladım. Kurslara qoşuldum, yeni insanlar tanıdım.
İkinci semestrdən birinci kursda Sabah Akademi tərəfindən keçirilən Introduction to Entrepreneurship adlı ingilis dilində kursu bitirdim. Sonda beynəlxalq sertifikat alındı. Bu kurs hər ixtisasdan tələbənin qoşula bildiyi sahibkarlıq yönümlü idi.
İmtahanlar və müəllimlər
2x Academy
İmtahanlar necə keçir, müəllimlərlə münasibət necədir?
Bizdə imtahanlar yazılı olur. Beş sual olur və səkkiz səhifə vərəq verilir. Suallar əvvəlcədən tələbələrə paylaşılır, lakin cavablar verilmir — biz mühazirələrdən özümüz cavabları tapıb hazırlaşırıq. İmtahanlar asan deyil, amma yaxşı hazırlaşanda yaxşı nəticə əldə etmək olur.
Kəsilənlər azdır — akademiyada oxuyan tələbə çoxdur, hamı çalışır, rəqabət yüksəkdir.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Dövlət İdarəçilik Akademiyasında hüquq üçün keçid balı və qrup necədir?
Mədinə 605 ballla rus sektorunda qəbul olub. Onun qəbul olduğu ildə ödənişlinin keçid balı 601.8, ödənişsizin keçid balı təxminən 613 idi. Bir öncəki il keçid balı 550 idi — ballar bir ildə kəskin qalxıb. Qrupunda 20 nəfərdir və hər kəs 600-dən yuxarı bal toplayıb, atmosfer rəqabətli və yaxşıdır.
DİA-da imtahanlar necə keçir və cavablar verilirmi?
Bütün imtahanlar yazılı keçirilir, beş sual və səkkiz səhifə vərəq verilir. Suallar əvvəlcədən tələbələrə paylaşılır, lakin cavablar verilmir — tələbələr mühazirələr vasitəsilə özləri cavabları tapır. Yaxşı hazırlaşanda yaxşı nəticə əldə etmək olur, kəsilənlər az olur, çünki akademiyada oxuyan tələbələrin çoxu çalışqandır.
Hüquq tələbəsi üçün hansı könüllülük və təcrübə imkanları var?
Mədinə Femida Könüllüləri Təşkilatı vasitəsilə Binəqədi rayon məhkəməsində könüllülük proqramını bitirib və birinci dərəcəli sertifikatla təltif olunub. Akademiya tələbələri dördüncü kursda praktikaya yönləndirir, lakin Mədinə kimi tələbələr bunu erkən başlaya bilir. Sabah Akademi tərəfindən birinci kursda ingiliscə Introduction to Entrepreneurship kursunu beynəlxalq sertifikatla bitirib.
DİA-da Tələbə Gənclər Təşkilatı və hüquq klubu necə işləyir?
Akademiyada TGT və onun nəzdində bir sıra klublar fəaliyyət göstərir. Mədinə birinci kursdan TGT-yə qoşulub, psixologiya klubunun idarə heyətində olub, hal-hazırda hüquq klubunun sədridir. Akademiyada oxuyan bütün tələbələr klubun üzvü sayılır, idarə heyəti tədbir və yarışlar təşkil edir; IT klubu da fəallar arasındadır.
Hüquq məzunu hansı sahələrdə işləyə bilər və Mədinə niyə vəkilliyi seçir?
Hüquq məzunları üçün advokatura, prokurorluq, hakimlik, vəkillik və müxtəlif dövlət qurumları açıqdır. Mədinə hal-hazırda vəkillik institutunu seçib: maraqlı insanlarla, müxtəlif situasiyalarla qarşılaşmaq və analitik düşüncə tətbiq etmək onun üçün cəlbedici sayılır. Məhkəmədə daha çox inzibati xətalar və aliment məsələləri olur, cinayət proseslərinin bir hissəsi qapalı keçirilir.