Kimdir və harada oxuyur
2x Academy
Ayxan, özünüzü qısa təqdim edin.
Mən Ayxan İsmayılov, Sumqayıt şəhərində anadan olmuşam və orta məktəbi Sumqayıtda bitirmişəm. 2023-cü ildə Azərbaycan Dillər Universiteti beynəlxalq münasibətlər (tədris ingilis) ixtisasına daxil olmuşam.
Niyə beynəlxalq münasibətlər və niyə ADU
2x Academy
Bu ixtisası və universiteti niyə seçdiniz?
Beynəlxalq münasibətlər marağı hələ uşaqlıqdan diplomatiya sahəsində olan maraqla başladı. Müxtəlif televiziya kanallarına baxarkən, analitiklərin məqalələrini oxuyarkən bu sahə üzrə ilkin fikir formalaşmışdı. Dil biliklərinin təsiri ilə də artıq universitet seçimi zamanı bu ixtisası nəzərə aldım.
Azərbaycan Dillər Universitetində ingilis sektorunda təhsil olduğunu yeni öyrəndim, dərslər tam ingilis dilində keçirilir. Bu marağımı çəkdi — həm ingilis dilində təhsilin üstünlükləri, həm də əlavə dil biliklərimə görə ADUnu seçdim.
Gözləntilər və reallıq
2x Academy
İxtisasdan gözləntiləriniz nə idi?
Abituriyent dövründə fikrim o idi ki, beynəlxalq münasibətlər və diplomatiya qırmızı xallar üzərində rəsmilərin yüksək səviyyəli görüşləri, protokol qaydaları kimi uşaq fantaziyaları idi. Lakin daxil olduqdan sonra gördüm ki, bu çox çətin sənətdir və interdisiplinlər fəndir — burada sosiologiya, fəlsəfə, iqtisadiyyat, beynəlxalq hüquq kimi fənlərin də hissələri var. Təsəvvürüm tamamilə dəyişdi.
İngilis sektorunun üstünlükləri
2x Academy
İngilis dilində təhsil hansı qapıları açır?
İndiki əmək bazarının şəraitini nəzərə alsaq, ölkəmizdə ingilis dili bilmək üstünlük deyil — minimum şərtlərdən biridir, prinsiplərdən biridir.
Normalda Azərbaycan sektorunda istifadə olunan materiallar tərcümələrdir — hər tərcüməçinin öz interpretasiyası olur. İngilis sektorunda mənbəyə birbaşa çıxışınız var — Britanika, Harvard, Oxford mənbələrindən birbaşa götürüb oxuya bilərsiniz, özünüz şərh edə bilərsiniz.
Şəbəkələşmədə ingilis dili önəmlidir — xarici müəllimlər və xarici tələbələrlə ünsiyyət ehtimalı artır. ADU-nun ən yaxşı cəhətlərindən biri də odur ki, müəllim kadrı yaş cəhətdən daha çox cavandır — bu da tələbə ilə empatiyaya şans verir.
İngilis sektorunun çətinlikləri
2x Academy
Orta səviyyəli abituriyent ingilis sektorunu seçməlidirmi?
Qorxular əsaslıdır — müəyyən bir əsas var. Çünki orta məktəb və universitet arasında ciddi fərq var.
Abituriyentlər universitetə qədər DİM imtahanında qrammatik ağırlıqda ingilis dili verirlər. Repetitorlar daha çox qrammatikaya və bir az listeningə üstünlük verir. Writing və speaking bacarıqları geri qalır. Auditoriyada müəllim ingilis dilində danışacaqlarını gözləyəndə bəzən məyus olur, yüksək səviyyəli tələbələr aşağı səviyyəli tələbələri kölgələyir, qiymət fərqi yaranır.
Lakin məsləhətim: qorxmasınlar. İngilis sektorunda təhsil çətin ola bilər, amma mümkünsüz deyil. Hər bir şeyi əziyyət qoymaqla etmək olar.
Könüllülük və ixtisas
2x Academy
Könüllülük necə təsir edir?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ingilis sektoru necədir?
Ayxana görə ingilis sektoru dörd il öncə açılıb, pilot layihə kimi yaxınlaşırlar. Dərslər tamamilə ingilis dilində keçirilir, xarici müəllimlər də olur. Müəllim kadrı daha çox cavandır ki, bu da tələbə ilə empatiyaya şans verir. Mənbəyə birbaşa çıxış — Britanika, Oxford, Harvard kimi mənbələri tərcüməsiz oxumaq imkanı verir.
Beynəlxalq münasibətlər hansı fənləri əhatə edir?
Bu interdisiplinlər və multidisiplinlər fəndir. Sosiologiya, beynəlxalq hüquq, iqtisadiyyat, BM nəzəriyyəsi, fəlsəfə, ixtisasdan asılı olaraq fransız dili və ya rus dili keçirilir. Müəyyən fənlər tələbənin seçimindən və gələcək məqsədindən asılı olaraq dəyişir.
Bu ixtisası bitirənlər harada işləyə bilər?
Ənənəvi olaraq Xarici İşlər Nazirliyi və əlaqəli diplomatik orqanlar — səfirliklər, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Ombudsman aparatı. Özəl sektorda beynəlxalq əlaqələr üzrə menecer. Qeyri-hökumət təşkilatları, Birləşmiş Millətlər, Avropa Birliyi, NATO ofisləri Azərbaycanda və xaricdə.
İmtahanlar necə keçir?
Əsas korpusda idman zalında sıra-sıra otuzdurularaq imtahan verirlər. Fənlərin çoxunda üç vərəq verilir, hər kəsə fərqli 5 sual düşür. İngilis dili və fransız dili imtahanları iki mərhələdən — yazılı (söz boşluqları, mətn) və şifahidən (listening, ya da speaking) ibarətdir.
Hansı mübadilə proqramları var?
Erasmus Plus (2025-ci ildə müəyyən ləğvlər oldu, kəsr məsələsi səbəbindən tələbələr çəkinir). Mövlana proqramı — Türkiyə universitetlərində (Ankara, Alâeddin Keykubad) bir semestr. Orhun Plus mübadilə proqramı — Türk Dövlətləri Şurasına üzv ölkələrdə (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan), yaşayış və yemək universitet hesabınadır.