2x Academy

Aysu Məmmədova- ADU, Xarici dil müəllimliyi ( ingilis dili üzrə)

55 baxış20:025 dəq oxuÖdənişli
AM

Qonaq

Aysu Məmmədova

İngilis dili müəllimliyi

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Aysu, özünü təqdim et.

Salam. Mən Aysu Məmmədova. Azərbaycan Dillər Universitetinin birinci kurs tələbəsiyəm. 2025-ci ildə universitetə ən yüksək balla — 670 balla qəbul olmuşam. Hal-hazırda ikili diplom proqramı olan SX qruplarında təhsilimi davam etdirirəm.


670 bal: necə yığıldı

2x Academy

Bu balı yığmaq üçün nələr etdin?

Asan deyildi, çox çətin günləri oldu, yuxusuz gecələr oldu. Əsas məsələ özünə güvənməkdüzgün, planlı şəkildə hazırlaşmaqdır.

Bir neçə taktika: dərslərimi səhər saatlarında oxuyurdum. Hazırlıqlardan, məşğələlərdən gələndə yorğun olurdum. Tez yatıb səhər oxuyurdum. Abituriyentlərə də tövsiyə edirəm — yorğun beyinlə işləməsinlər.


Təqaüd və qrup nümayəndəliyi

2x Academy

Hansı təqaüdləri alırsan?

Hal-hazırda qrup nümayəndəsiyəm (SX16 qrupu). Eyni zamanda iki təqaüd alıram: universitetin əlaçı təqaüdüTəhsil Nazirliyinin gələcəyin müəllimi təqaüdü. Sonuncusu üçün 500+ balla qəbul olub birinci və ikinci yerlərə müəllimlik ixtisası yazmaq lazımdır.


Niyə müəllimlik, niyə hüquq yox

2x Academy

Sənə hüquqa ver deyirdilər?

Çox klassik sualdır. Çox təzyiq və hətta tənqid oldu — "sən dəlisən, bu bal heyf oldu". Bilirsizmi, bala görə ixtisas seçim eləmək düzgün deyil. Mən əsas məqsədimə, vizionuma görə ixtisasımı seçdim. Heç peşman deyiləm. 700 bal yığsaydım da, yenidən bu ixtisası seçərdim.

Əgər hüququ istəyirsizsə, daim uğur qazanacaqsız — insan işini sevirsə uğurlu olur. Cəmiyyətin sözlərinə qulaq asmayın, özünüz olun. Bu həyatı sadəcə siz yaşayırsız, bir-beş il sonra sizə deyənlər sizin yerinizə işləməyəcək.


Niyə Dillər Universiteti

2x Academy

Niyə ADU?

Bu ixtisası Pedaqoji Universitetdə və Xəzər Universitetində də vardı. Hər ikisi gözəl universitetdir. Lakin Azərbaycan Dillər Universiteti dil təhsili üzrə ölkəmizdə birincidir. Ən yaxşı universitetdə oxumaq istəyirdim, qəbul olandan sonra gördüm ki, doğru seçim etmişəm. Müəllimlər və universitet mühiti çox akademikdir, müəllimlər tələbkardır, hər gün dərsə hazır gəlmək tələb olunur.


SX (Sussex) ikili diplom

2x Academy

SX qrupları nədir?

Böyük Britaniyadakı Sussex Universiteti ilə Azərbaycan Dillər Universitetinin yaratdığı ikili diplom proqramıdır. Bütün fənlər ingilis dilində keçilir.

Qəbul üçün universitetin ilk həftəsində xüsusi imtahan verilir — iki mərhələ: yazılıspikinq. Hər ikisindən yüksək nəticə əldə edəsiniz, qruplara qoşulursuz. Tövsiyəm: ya SX, ya da SABAH qruplarını seçin. Daha akademik şəkildə öyrənəcəksiz.

Bizim qrupda 85 ortalamadan aşağı tələbə yoxdur, rəqabət güclüdür. Mənim qrupumda ballar 540-670 arasında dəyişir: 670, 651, 630, 550, 540 kimi.


SX-də maliyyə və diplom

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

ADU-da 670 bal toplamaq üçün nə etmək lazımdır?

Aysu səhər saatlarında oxuyub — yorğun beyinlə işləməyib, hazırlıqdan sonra tez yatıb. Özünə güvənmək və planlı hazırlaşmaq əsas məsələdir. Onun ili Dillər Universitetində ən yüksək nəticə oldu.

SX (Sussex) ikili diplom qrupları necədir?

Böyük Britaniyadakı Sussex Universiteti ilə ADU-nun yaratdığı ikili diplom proqramıdır. İlk iki il ADU-da, son iki il Sussex-də oxunur, hər şey ingilis dilindədir. Universitetdə xüsusi yazılı və şifahi imtahan verilir; qrupda müəllimlər tələbkardır və hər gün dərsə hazır gəlmək tələb olunur.

Gələcəyin müəllimi təqaüdü kimə verilir?

500+ balla qəbul olub ilk birinci və ikinci yerlərə müəllimlik ixtisasını yazanlara Təhsil Nazirliyi tərəfindən verilir. Aysu eyni zamanda universitetin əlaçı təqaüdünü də alır.

SX ikili diplomun maliyyəsi necə ödənilir?

Son iki ilin maliyyəsi tələbənin öz üzərinədir — təxminən 70 min funt-sterlinq (140 min manat civarında) sadəcə təhsil haqqı, plus yaşam xərcləri. Dörd ili də ADU-da oxuyanlara sertifikat verilir.

İngilis dili müəllimliyində iş imkanları və rəqabət necədir?

Tələbat yüksək, rəqabət güclüdür. MİQ imtahanları və sertifikasiya rəqabəti canlandırır. Dövlət məktəbi xaricində özəl məktəblər, dil kursları, beynəlxalq layihələr, akademik mühit də mümkündür. IELTS və SAT kimi imtahanlardan yüksək nəticə qapı açır.