Kimdir və harada oxuyur
2x Academy
Nuray, özün haqqında məlumat verərdin.
Sizin platformanı araşdıranda çox sevindim, çünki abituriyent dövründə belə əl çatan, faydalı videolar çox az idi. Mən Asidanlı Nuray, 19 yaşım var. Azərbaycan Dillər Universiteti, ingilis dili müəllimliyi ixtisasında oxuyuram, ikinci kursdayam. Universitetə 647 balla daxil olmuşam.
İxtisası öz istəyimlə seçmişəm. O zaman balım hüquqa da çatırdı, ancaq ingilis dilini və şagirdlərlə işləməyi sevdiyim üçün bu ixtisası seçdim.
Niyə Dillər Universiteti
2x Academy
Universiteti seçərkən hansı kriteriyalar əsas idi?
İngilis dili müəllimliyi prestijli universitetdə oxunmalıdır. Mənim ilk diqqət yetirdiyim məqam dövlət sifarişi üzrə minimal keçid balının yüksək olması idi. O vaxtlar 510-520 aralığı ADUda idi, ikinci yerdə Pedaqoji Universitet, üçüncü yerdə BSU vardı.
Exchange proqramlarla maraqlanırdım, amma Azərbaycandakı universitetlər Erasmusu dəstəkləmədiyi üçün iştirak edə bilmədim. Təhsilin yaxşı olması və orada təhsil alan tələbələrlə maraqlanaraq Dillər Universitetini seçdim.
Qrup və ballar
2x Academy
Qrup yoldaşlarının balı necədir?
Bizim qrup universitet üzrə birinci idi. 600-dən çox yığanlar buradadır. Ən yüksək bal 680 idi. Mən universitet üzrə beşinci idim. Qrupumda 680, 667, 654, 652, 647 kimi ballar var, 15 nəfərik.
Tələbəlik nə öyrətdir
2x Academy
Tələbəlik sənə nələr öyrədir?
İlk gün çətindir. Mən ixtisası ingilis dili olsa da, buraxılış imtahanı üçün blok fənlərə fokuslanmışdım, ingilis dilini yadırğamışdım. İlk dərs ingilis dilində oldu, qəribə hiss etdim. Sonra alışdım.
Dərslər ağır idi. Adətən deyirlər tələbələr az oxuyur, imtahana qədər hazırlaşır – bu yalandır. Xüsusən Dillər Universitetində abituriyent dövrü kimi oxumalı olursunuz. Dərs sistemi məktəb kimidir: dərsdə tapşırıqlar yerinə yetirir, danışırsız. Qrupda 15 nəfər olur, 80 dəqiqəlik dərsdə hamı iştirak edir. Mənim ixtisasımda mühazirə və seminar günü ayrı deyil – bir dərsdə hər ikisi olur.
Müəllimlər
2x Academy
Müəllimlərin münasibəti necədir?
Müəllimlərimiz çox savadlıdır. Savadsız müəllim və ya öyrətmək istəməyən yoxdur. Bilikləri ötürməyə çalışırlar. İngilis dili müəllimi kimi formalaşmaqda müəllimlər çox böyük rol oynayır.
İmtahanlar
2x Academy
İmtahanlar necə keçir?
Dillər Universiteti tələbələrinin yaralı yeridir. Bəzi fənlər şifahi, bəziləri yazılı olur, suallar açıqdır – fənlər üzrə suallar verilir, cavabları yox. Tələbə özü öyrənir.
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
ADU ingilis dili müəllimliyinin keçid balı və qəbul vəziyyəti necədir?
Nurayın qəbul olduğu ildə Azərbaycan Dillər Universitetində dövlət sifarişi üzrə minimal keçid balı 510-520 aralığında idi. Onun şəxsi balı 647 idi, qrupun ən yüksək balı 680 idi. Qrup 15 nəfərdən ibarətdir və universitet üzrə ən yüksək balları toplayanlar onun qrupundadır.
Gələcəyin müəllimi təqaüdü kim üçündür?
Bu Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi təqaüddür. Şərt giriş balının 500-dən yüksək olması və müəllimlik ixtisasının kodlaşdırmada birinci və ya ikinci yerdə yazılmasıdır. Hər tədris ili 300 nəfərə şamil olunur, ortalama 70-dən yüksəkdirsə dörd il davam edir.
ADU dərs yükü necədir və imtahanlar necə keçir?
Nurayın fikrincə dərs sistemi məktəbə bənzəyir – qrupda 15 nəfər olduğu üçün dərsdə hamı iştirak etməlidir. Bir dərsdə həm mühazirə, həm seminar olur. Bəzi fənlər şifahi (speaking), bəziləri yazılı (listening, writing, reading) imtahandır. Fənlər üzrə suallar öncədən verilir, amma cavabları yox.
ADU-da müəllimlik bitirəndən sonra hansı yollar var?
Dördüncü kursdan sonra müəllimlərin işə qəbulu (MİQ) imtahanı verilə bilər. Lakin orta məktəbdə iş saatları az, maaş aşağı, vakant yerlər isə əksərən ucqar bölgələrdədir. Nuray TESOL və CELTA kimi sertifikatlar alıb özəl məktəblərdə və ya kurslarda işləməyi planlaşdırır.
ADUda hansı təcrübə və xaricə çıxma imkanları var?
Sx qruplarına müraciət etməklə Cork (SX) Universitetində oxumaq mümkündür, lakin ortalama 90-dan yuxarı olmalı, təhsil haqqını (təxminən 27 min sterlin) tələbə özü qarşılamalıdır. Universitetdə Erasmus dəstəklənmir, lakin könüllülük təşkilatları (Formula 1, Böyük Qayıdış Gənclər Təşkilatı, RİİB) vasitəsi ilə Gürcüstana səfər kimi imkanlar var.