Kimdir və harada oxuyub
2x Academy
Afət, özünü qısa təqdim et.
Mən Afət Əhmədova. Xəzər Universitetini bu il bitirmişəm, kimya-biologiya müəllimliyi üzrə. Hal-hazırda Xəzərin əməkdaşıyam, magistr təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirirəm.
COVID ili və qəbul balı
2x Academy
Hansı balla qəbul oldun?
2020-ci ildə — koronavirusun olduğu çətin dövr — 404 ballal dövlət sifarişi əsasında Xəzər Universitetinin kimya-biologiya müəllimliyi ixtisasına qəbul oldum. Qrup yoldaşlarımın bal aralığı 373-505 idi, ödənişli əsaslarla keçid balı 200 üzəri. 2020-dən sonra bal artımı olub və hazırda dövlət sifarişi 400+ səviyyəsindədir.
Bizim qəbul nəticələrimiz sentyabrın 24-ü çıxmışdı — o qədər uzadılmışdı. Cəmi bir şansımız vardı.
Niyə kimya-biologiya və niyə Xəzər
2x Academy
Bu ixtisası niyə seçdin?
Realist olacam: hər dördüncü qrupa hazırlaşan tələbə kimi ilk seçimim həkimlik idi, ginekologiyaya marağım var idi. Amma bir il gözləmək mənə çətin gəldi və niyəm güclü deyildi. Düşünürəm o vaxtı niyəm güclü olsaydı, bir il sonra verib həkimliyə düşəcəkdim.
Marağım daha çox biologiyaya idi. Valideynlərimin məsləhəti ilə kimya-biologiya-nı seçdim — iki ixtisası bir yerdə oxumaq gələcəkdə iş imkanlarını artırır.
Xəzərə qəbulum təsadüfən oldu. Bir qohumum məsləhət gördü. Sosial şəbəkədə təhsil məsləhət qrupunda Xəzəri tövsiyə etdilər. Ixtisas.com-da konsultasiya götürdüm — təsadüfən o müəllim Xəzərdə işləyirdi və niyə Xəzər seçməli olduğumu izah etdi. İmtahandan saat 12-də əvvəl, 12-nin yarısı seçimimi dəyişdim və Xəzəri əvvələ yazdım. Beş il əvvələ qaytarsam, o seçimi dəyişməsəydim, bu yerə çata bilməzdim.
Birinci kurs onlayn
2x Academy
Birinci kurs necə oldu?
Birinci kurs adaptasiya dövrü sayılır, amma bizdə onlayn oldu. Universitetə yaxından ikinci kursdan tanış oldum. Beş il oxudum — kimya-biologiya beş illikdir, sonuncu il təcrübə-praktika.
Birinci kurs adaptasiya olduğu üçün əyani tələbələrə bir az çətin gələ bilər. Amma bir ay öyrəşəndən sonra başlamalısan nədənsə. Birinci, ikinci, üçüncü, dördüncü kurs gözləmək — gecdir.
Kreşendu və ilk addımlar
2x Academy
Birinci kursdan necə aktiv oldun?
Qəbul nəticəsi çıxmamış layihəyə qoşulmuşdum — Kreşendu layihəsi. Həyatımın ən təməl nöqtələrindən biri ordan başladı. İnkişaf etməkdə olan gənclər, mentor, məktublar, onlayn təlimlər. Sonra könüllü fəaliyyətə başladım — GənÖnüllü, BirÖnüllü, Kanal Akademiya.
İkinci kursda Girls Making Change layihəsi qarşıma çıxdı — qadınlar üçün proqramlaşdırma və şəxsi inkişaf. 1000 qadın namizəddən 500-ə keçdim, sonra imtahan mərhələsi (məntiq və riyaziyyat). Maksimal balı topladığım üçün müsahibəsiz birbaşa 60 nəfər arasına seçildim. Nailiyyəti Facebookda paylaşdım — bunu dekanlığın əməkdaşı gördü və beləliklə Karyera və İnkişaf Mərkəzində təcrübə proqramına qoşuldum.
Müəllimlər və qrup atmosferi
2x Academy
Müəllim-tələbə münasibəti necə idi?
Qrupda 12 nəfər olmuşuq — 10 qız, 2 oğlan. Mehbançılıq vardı. Biologiya müəllimlərimiz çox qayğıkeş idi, hər mənada dəstək olublar. Dekanlıq və rektorluq səviyyəsində də problemləri rahat çatdırmaq olurdu. Bu Xəzərin fərqləndirici xüsusiyyətlərindəndir.
Müəllimlər müxtəlif layihələrə, gəzintilərə aparırdılar, institutlarda təcrübə keçməyə kömək edirdilər. Mən Neft-Kimya Proseslərinin İnstitutunda təcrübə keçmək istəyirdim, müəllim dəstək oldu.
İmtahanlar: çətin, amma keçilən
2x Academy
İmtahan sistemi necədir?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Xəzər Universitetinə kimya-biologiya müəllimliyi üçün hansı balla qəbul olmaq olar?
Afət 404 balla dövlət sifarişi əsasında qəbul olub. O ildə (2020, COVID dövrü) qrup yoldaşlarının bal aralığı 373-dən 505-ə qədər idi. Ödənişli əsaslarla keçid balı 200 üzəri idi. 2020-dən sonra bal artımı olub və hazırda dövlət sifarişi 400+ səviyyəsindədir.
Xəzərdə imtahanlar həqiqətən çətindir?
Çətinlik var, amma deyildiyi qədər deyil. Keçmək üçün minimum 60 bal lazımdır. 57-59 bal arası tələbə tamamlamaya buraxılmır və fəni növbəti semestrdə yenidən götürür. Suallar paylaşılmır, sadəcə bir həftə əvvəl konsultasiya olur. Final 40 bal, mitorum 30 bal, aktivlik 30 baldır.
Xəzərin neçə korpusu var və harada keçirilir?
Xəzər tələbə sayının artmasına görə yeni korpuslar açıb. Humanitarlar Nərimanov və Neftçilər kampusunda, Təbiət Elmləri və Mühəndislik Fakültəsi Bakıxanov və Neftçilər korpusunda, baytarlıq yeni binada, iqtisadiyyat Neftçilərdə oxuyur. Dərslər altı günlükdür və sabit saat aralığı yoxdur.
Kimya-biologiya məzunu kimi harada işləmək olar?
Məktəblər, özəl kurslar və litseylərdə, neft-kimya proseslərinin institutunda təcrübə və iş imkanları var. Bakı ərazisində MİQ üçün ballar yüksək və yer az olur. İngilis dilini inkişaf etdirsən, IB sahəsində biologiya və science müəllimi olaraq yüksək maaşla işləmək mümkündür.
Akademik və sosial həyat arasında balansı necə qurmalı?
Hər yerdə balans lazımdır. Akademik bal vacibdir, amma sonra heç kim transkriptə baxır — bacarıqlara baxılır. Bakalavr dövrü ən önəmli illərdir, enerjini şəxsi inkişafa, dilə və könüllü/təcrübə proqramlarına yatırmalısan. Magistrda artıq həmin enerji və vaxt olmayacaq.