2x Academy

Jalə Cavadova - Xəzər universiteti, Psixologiya (tədris ingilis dilində)

62 baxış17:164 dəq oxuÖdənişli
JC

Qonaq

Jalə Cavadova

Psixologiya

1 dekabr 2025

Kimdir və harada oxuyur

2x Academy

Jalə, özünü təqdim et.

Salam. Mən Jalə Cavadova. Xəzər Universiteti, psixologiya ixtisasında ingiliscə təhsil alıram və üçüncü kurs tələbəsiyəm.


Qəbul: bal və qrup dəyişikliyi

2x Academy

Hansı balla qəbul olmusan?

485 balla qəbul olmuşdum. 2023-cü ildə imtahan vermişəm — o ildə çox çətinliklər yaşandı, səhv sual salınmışdı, ballar dəhşət aşağı düşmüşdü. Tibbin balı 560-570lərə qədər enmişdi. Tələbə yoldaşlarımın balları 450-530 aralığındaydı.

Birinci qrupda balım 620-630larda olurdu. Ailəm tərəfindən təzyiq olmasa da, həmyaşıdlarımmüəllimlər tərəfindən "dördüncü qrupa ver, sənə uyğundur" deyirdilər. Psixologiyaya həvəsim var idi — bir il qalmış qrup dəyişdim. Tamamilə yeni biologiya oxudum, kimyanın çətinləşmiş versiyasını öyrəndim. Çox çətin oldu, amma istədiyim ixtisasda oxuyuram.


Niyə psixologiya

2x Academy

Bu sahəyə marağın necə yarandı?

Uşaqlığımdan, yeniyetməliyimdən bəri cinayətkarlar, ağır psixoloji problemli insanlar barədə videolar izləmək, oxumaq maraqlı gəlirdi. Sırf bu səbəblə psixologiyaya həvəsləndim.


Niyə Xəzər Universiteti

2x Academy

Universiteti necə seçdin?

Kriterlərim vardı: mütləq tədris ingilis dilində olmalıdır. Universitetin təhsil sistemi, quruluşu, beynəlxalq əlaqələri. Bunlara görə Xəzər Universitetini seçdim. Bir il foundation oxumadım — birinci kursda ingilis dili keçilir, digər fənlər azərbaycanca. İkinci kursdan etibarən bütün təhsil ingilisdir.


Fənlərin uyğunluğu

2x Academy

Bütün dərslər ixtisasa uyğun gəlir?

Birinci-ikinci kursda qeyri-ixtisas fənləri çox idi: tarix, ədəbiyyat, klassik musiqi, Şekspir. "Mənim nə işimə yarayacaq?" deyə sorğulayırdım. İndi düşünəndə yaxşı ki keçmişəmdünyagörüşüm artıb. Üçüncü kursam, hamısı ixtisas fənləridir: şəxsiyyət psixologiyası, inkişaf-yaş psixologiyası, ailə psixologiyası. Hər biri bir-biri ilə əlaqəlidir, lazımlı fənlərdir.


Müəllimlər və mühit

2x Academy

Müəllimlər dəstək olurmu?

Xəzər Universitetinin sevdiyim cəhətlərindən biri gənc kadrla zəngin olmasıdır. Bizimlə empatiya qura bilirlər, tənqidi fikirlərimizə açıq, dost münasibəti qurub müzakirələrə açıqdırlar. Həm sinifi ələ ala, həm dost ola bilirlər. Təcrübə proqramlarına yönləndirir, tədqiqat aparmaq istəyəndə bütün müəllimlərdən dəstək görmüşəm. Dəstəkləyici mühitdir.


Adaptasiya

2x Academy

Birinci kurs necə keçdi?

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Xəzər Universitetində psixologiya necə oxunur?

Tədris ingilis dilindədir, birinci kursda ingilis dili ayrıca tədris olunur, ikinci kursdan etibarən bütün dərslər ingiliscə keçilir. İmtahanlar yazılı, açıq sual və keys analiz formasındadır, şifahi və test çox azdır. Birinci-ikinci kursda qeyri-ixtisas fənləri (tarix, ədəbiyyat, klassik musiqi, Şekspir) sıxıcı görünür, üçüncü kursdan ixtisas fənlərinə keçilir.

Birinci və dördüncü qrup arasında qrup dəyişdirmək necədir?

Jalə birinci qrupdan dördüncüyə bir il qalmış keçib. Tamamilə yeni biologiya öyrənib, kimyanın çətinləşmiş versiyasını oxuyub. Çətin oldu, amma istədiyi ixtisasda oxuyur.

Psixologiya ixtisasında praktika və təcrübə imkanları nələrdir?

Dördüncü kursun ikinci yarısında akademik praktika olur — psixiatriya xəstəxanası, Respublika Narkoloji Mərkəzi. Jalə özü altı aylıq təcrübə keçib Narkoloji Mərkəzdə, psixoloq və həkim nəzarəti altında pasientlərlə görüşüb. Alison Academy, Open University, Coursera, Erasmusun onlayn iqlim ədaləti layihəsi kimi beynəlxalq imkanlar var.

Psixologiyaya romantik yanaşmamağa nə deyirsiniz?

Psixologiya düşünülən qədər asan deyil. Müəllimin sözü ilə: 'həkimlər əməliyyat edir, biz sözümüzlə əməliyyat edirik pasientləri'. Azərbaycanda klinik psixologiya və neyropsixologiya inkişaf edib, lakin koqnitiv psixologiya, hüquq psixologiyası, uşaq-yeniyetmə psixologiyası daha çox kadra ehtiyac duyur.

Hüquq psixologiyası harda oxunur?

Azərbaycanda yalnız Bakı Dövlət Universiteti və Qərbi Kaspi Universitetində tədris olunur. Dünyada da hələ inkişafda olduğu üçün Jalə xaricdə təhsili düşünür və paralel hüquqşünaslıq oxumağı planlaşdırır. Probasiya xidmətinə və Ədliyyə Könüllülüyünə müraciət edib.