2x Academy

Gülay Kamranova, Aysu Salmanova - Xəzər universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə)

62 baxış39:195 dəq oxuÖdənişli
GK

Qonaq

Gülay Kamranova, Aysu Salmanova

İngilis dili müəllimliyi

1 dekabr 2025

Kimdir və harada oxuyurlar

2x Academy

Özünüzü qısa təqdim edərdiniz?

Mən Aysu Salmanova, Xəzər Universitetində ikinci kurs tələbəsiyəm, ingilis dili müəllimliyi üzrə təhsil alıram.

Mən Gülay Kamranova, Xəzər Universitetinin ikinci kurs tələbəsiyəm. İngilis dili müəllimliyi üzrə oxuyuram, bununla yanaşı aktiv könüllüyəmingilis dili müəllimi olaraq fəaliyyət göstərirəm.


Qəbul balları və qrup aralığı

2x Academy

Hansı balla qəbul oldunuz?

2024 cü ildə 576 bal toplayaraq Xəzər Universitetini seçmişdim. Həmin il üçüncü qrup ixtisaslarının balları artmışdı. Keçid balı 550 olmuşdu, mən qəbul oldum.

Mən isə 604 balla universitetə daxil olmuşam, ilk seçimimə də qəbul oldum. Qrupumuzda 540 ilə 650 arasında bal yığan tələbələr var, 25 nəfər 600 dən yuxarı bal toplamışdır.


Qrup sistemi və ödəniş əsası

2x Academy

Qrupda neçə nəfərsiniz və ödənişlimi oxuyursunuz?

Xəzər Universitetində sistem digər dövlət universitetlərindən fərqlidir. 60 nəfərlik yer ayrılmışdır ingilis ixtisası üzrə, qruplarımız hər semestr və fənnə görə dəyişir, 20 30 nəfər arasıdır.

Xəzər özəl universitet olmasına baxmayaraq, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil almaq olur. Yığdığın bal və yazdığın əsasdan asılı olaraq dövlət ödəyir və ya özün ödəyirsən. 60 nəfərlik patokumuz tamamilə ödənişsiz oxuyur.


Niyə Xəzər və niyə ingilis dili müəllimliyi

2x Academy

Universiteti seçərkən kriteriyalarınız nə idi?

Mənim üçün ən əsası inkişafxarici əlaqələr idi. Xəzər Universiteti tələbənin fikirlərinə dəyər verir, şəxsiprofessional inkişafa kömək edir, xarici əlaqələri daim canlıdır.

İngilis dili müəllimliyi tədris edən universitetlərdən ən məşhuru Dillər Universitetidir, digər planda isə Xəzərdir. Özəl olduğu üçün antifikirlər yayılır, amma araşdırmadan sonra gördüm ki, müasir metodlar, tələbəyönümlü müəllimlər, ikili diplom var. Bir çox universitetdə hələ də biletlə imtahan keçirilir, Xəzər bu baxımdan irəlidədir.


Müəllim və tələbə münasibəti

2x Academy

Müəllim yaş aralıqları və münasibətlər necədir?

Xəzərdə gənc kadrlar çoxdur. Orta yaşlı müəllimlər də öz inkişaflarına önəm verir və anlayışlıdır. Müəllimlərimiz tələbəyə təkcə universitetdə deyil, universitetdən kənarda da uğurlu olmağa kömək edir. Sertifikat tövsiyələri, hətta iş təklifləri verirlər. Bizim hal hazırda işləməyimizin səbəbi də bir müəllimimizin təklifi olmuşdu.


İmtahan sistemi

2x Academy

İmtahanlar necə keçirilir?

Davam etmək üçün daxil ol

Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.

Tez-tez verilən suallar

Xəzər Universitetində ingilis dili müəllimliyinə keçid balı və qrup aralığı necədir?

Aysunun qəbul olduğu ildə keçid balı 550 idi, özü 576 bal toplamışdı. Gülay 604 balla qəbul olub. Qrupda bal aralığı 540 ilə 650 660 arasında dəyişir, qrupun 25 nəfəri 600 dən yuxarı bal toplamışdır.

Xəzər Universitetində ödənişsiz təhsil mümkündürmü?

Bəli, Xəzər Universiteti özəl olsa da hər ixtisas üzrə həm ödənişli, həm də ödənişsiz, yəni dövlət sifarişli yerlər açır. Ingilis dili müəllimliyi üzrə 60 nəfərlik patok tamamilə ödənişsiz oxuyur. Tələbə əsasdan asılı olaraq qiyməti dövlət və ya tələbənin özü ödəyir.

Gənc müəllim təqaüdü kimə verilir və nə qədər baldan başlayır?

Ölkə üzrə təxminən 300 yer ayrılır. Ilk yerə müəllimlik ixtisası yazıb həmin yerə qəbul olan tələbələr gənc müəllim təqaüdünü alır. 2024 qəbulunda keçid balı 600 dən yuxarı, 2023 də isə 570 üzərində formalaşmışdı.

Xəzər Universitetində imtahanlar necə keçirilir?

Yanvar və iyun aylarında final imtahan sessiyası, aprel və noyabrda aralıq imtahanları olur. Yazılı və test üsuludur, şifahi imtahan yoxdur. Semestr boyu çalışan tələbə üçün çətin deyil, suallar şəffaf, yoxlanış da şəffafdır.

Xəzər Universitetində neçə korpus var və cədvəl necə qurulur?

Dörd korpus var: Bakıxanov, Nizami, Nərimanov və Neftçilər. Humanitar fakültə əsasən Nərimanovda keçilir. Səhər və günorta növbəsi yoxdur. Ikinci kursdan tələbə fənn qeydiyyatı vasitəsilə müəllimi və saatı özü seçə bilir.

Sosial fəaliyyət və könüllülük niyə vacibdir?

Aysu və Gülay 17 20 yaş aralığında olan tələbəyə birinci kursdan aşağı səviyyəli könüllülüklər, sonra isə təcrübə proqramlarına qatılmağı tövsiyə edir. Bir könüllü, Dost könüllü, Miqrasiya könüllüsü, Formula 1 və Nayora kimi yerli və beynəlxalq fürsətlər var. Müraciəti adətən Bakı Şəhər Halqası Könüllüləri vasitəsilə edirsiniz.