Kimdir və harada oxuyur
2x Academy
Özünü tanıt.
Salam, mən Məscid Sədaqət. Xəzər Universitetində təhsil alıram, tədris ingiliscə, üçüncü kurs tələbəsiyəm, psixologiya ixtisası üzrə.
Qəbul balı və qrup vəziyyəti
2x Academy
Hansı balla qəbul oldun?
522 bal topladım. Bizim ildə ixtisasın keçid balı 478 idi. Qrup yoldaşlarımın balları 470 530 arasındadır. Dövlət sifarişli oxuyuram.
Xəzər özəl universitet olsa da, hər ixtisas üzrə həm dövlət sifarişli, həm ödənişli yerlər açır, ixtisasdan ixtisasa, ildən ilə dəyişir. Saytda ixtisasın qarşısındakı mötərizədəki rəqəm ödənişsizdir, yanındakı isə ödənişlidir. Son ildə psixologiyaya qəbul olan bütün tələbələr ödənişsiz daxil olublar.
Niyə psixologiya
2x Academy
Niyə bu ixtisası seçdin?
Çoxları psixologiyanı Tibb Universitetinə bal çatmadığı üçün seçir. Məndə belə olmadı. Lap əvvəldən psixologiyaya marağım var idi, insan beyni, anatomiyası, fiziologiyası, davranışa təsiri mənə maraqlı idi. Xaricdə nöroscience üzrə oxuyurlar, Azərbaycanda uyğun ixtisas psixologiya idi.
Qrupumuzda Tibb istəyib bura düşənlər də var idi, adaptasiya çətin oldu, amma indi hamısı razıdır, özlərini psixologiyada tapmışlar.
Niyə Xəzər Universiteti
2x Academy
Xəzəri niyə seçdin?
Hamı deyirdi ki, özəl universitetdir, getmə. Mənim üçün önəmli dərsin keyfiyyəti idi. Müəllimlər savadlıdır, bal kəsmə və ayrı seçkilik yoxdur. Bir də Xəzər xaricə çıxışı çox olan Azərbaycan universitetidir. Magistr təhsili xaricdə davam etmək istəyirsənsə, Xəzər uyğun variantdır.
Müəllim münasibəti
2x Academy
Müəllimlər dəstək olurmu?
Bəli, hər cəhətdən. Məqalə yazmaq, dərc etdirmək, xarici universitetlərə tövsiyə məktubu lazım olanda rahatlıqla verirlər. Professor olsalar belə çəkinmədən dərd bölüşmək olur, canlı başla problemləri həll edirlər.
Dərslər və ixtisas bağlantısı
2x Academy
Keçilən dərslər ixtisasa lazımdırmı?
Birinci kursda qeyri ixtisas fənləri çoxdur. Klassik musiqi, ədəbiyyat kimi bilgilər insanın həyatını zənginləşdirir. İkinci kursdan ixtisas fənləri başlayır, təməllər formalaşır. Xəzərdə keçilən, digər universitetdə olmayan fənlər var: məsələn tədqiqat metodları, psixologiyada etik prinsiplər. Bu bizi digər universitetlərdən bir sıfır önə salır.
Foundation və ingilis dili
2x Academy
Foundation anlayışı varmı?
Xəzərdə Foundation anlayışı yoxdur. Dörd illik ixtisasa daxil olub dörd il oxuyursan. İki il ərzində daha çox ingilis dili fənləri keçilir. Foundation 1 və Foundation 2 birinci kursda həftədə altı dəfə 90 dəqiqə olurdu. 11 il Azərbaycanca oxumuş tələbənin ingilis dili mühitinə adaptasiyası üçün vacibdir.
Dərslər altı gündür. Bəzən həftə sonu 8:30 da dərs olur, çətin olsa da Xəzər Universitetinə dəyər.
Cədvəl və korpuslar
2x Academy
Növbə anlayışı varmı?
Davam etmək üçün daxil ol
Tam müsahibəni oxumaq üçün hesabına daxil ol. Pulsuz qeydiyyat kifayətdir.
Tez-tez verilən suallar
Xəzər Universitetinə psixologiya üzrə keçid balı və qrup aralığı necədir?
Sədaqət 522 bal toplayıb. Onun qəbul olduğu ildə keçid balı 478 idi. Qrup yoldaşlarının balları 470 dən 530 a qədər dəyişir. Xəzər özəl olsa da hər ixtisas üzrə həm ödənişli, həm dövlət sifarişli yerlər açır.
Psixoloq və psixiatr arasında fərq nədir?
Hər ikisi dördüncü qrup üzrə hazırlaşır. Psixiatrlar Tibb Universitetindən məzun olur, həkimdirlər, dərman və resept yazırlar. Psixoloqlar həkim deyil, dərman yazmırlar, psixoterapiya yəni sözlü müalicə tətbiq edirlər. Ən yaxşı nəticə bu iki mütəxəssisin birgə işləməsi ilə alınır.
Xəzərdə psixologiya üzrə imtahanlar necədir, kəsilənlər çox olurmu?
100 ballıq sistemdir: 30 bal midterm, 40 bal final, 30 bal semestr aktivliyi. Final yazılı olur, şifahi imtahan yoxdur, suallar açıq tipdir. Psixologiya qrupunda rəqabət güclüdür, hamı 80 90 lardadır, kəsilən tələbə nadir hallarda olub.
Xəzərdə Foundation və ingilis dili dərsi necə təşkil olunur?
Foundation anlayışı yoxdur, dörd illik ixtisasa daxil olub dörd il oxuyursunuz. İki il ərzində daha çox ingilis dili fənləri keçirilir, birinci kursda Foundation 1 və Foundation 2 həftədə altı dəfə 90 dəqiqə olur. 11 il Azərbaycanca oxuduqdan sonra adaptasiyaya kömək edir.
Psixologiya sahəsində iş imkanları və saxtakar mütəxəssis problemi nədir?
Rəqabət çoxdur, çünki sosial mediada diplomsuz psixoloqlar var. Bir neçə kitab oxuyan özünü psixoloq sayır. Lakin diploma əsaslanan iş imkanları var. Sədaqət klinik psixologiya üzrə magistr təhsili planlayır. Pasientin ən yaxşı nəticəsi psixiatr və psixoloqun birgə işləməsindən alınır.