2x Academy

Uçuş mühəndisliyi ixtisası

Qəbul qrupu
1-ci qrup
Universitet sayı
1
İxtisas kodları
6006044

Bu ixtisas nədir?

Uçuş mühəndisliyi ixtisası mülki və dövlət aviasiyasında istismar edilən müxtəlif təyinatlı uçuş aparatlarının – müasir hava gəmilərinin, bütün kateqoriyalara aid edilən sərnişin, yük və xüsusi təyinatlı təyyarə və helikopterlərin uçuş istismarı üçün yüksək ixtisaslı mühəndis pilotların hazırlığını nəzərdə tutur. İxtisasının təhsil proqramı Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) və Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA) sənədləri əsasında inteqrasiya olunmuş CPL(A/H) Kommersiya pilotu (Təyyarə/Helikopter) və ATPL(A/H) Hava nəqliyyatı pilotu kateqoriyalarının tələblərinə uyğun hazırlanmışdır. Milli Aviasiya Akademiyasında bu ixtisasın normativ təhsil müddəti ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir.

İCAO-nun tələblərinə görə bu ixtisasa yiyələnmək istəyən şəxslərdən fundamental, mühəndis və İT biliklərindən əlavə, İCAO-nun minimum 4-cü səviyyəsinə cavab verən ingilis dili bilikləri tələb olunur.

Tədris dili variantları

Bu ixtisas bəzi universitetlərdə fərqli tədris dillərində də təklif olunur:

  • Uçuş mühəndisliyi (tədris ingilis dilində)

Tədris Planı

Aşağıdakı tədris planı Milli Aviasiya Akademiyası rəsmi saytından götürülmüşdür. Tədris müddəti: 5 il. Tədris dili: İngilis dili.

I KursII KursIII KursIV KursV Kurs
PayızPayızPayızPayızPayız
  1. 1. Xarici dil (Ümumi ingilis dili, Nitq vərdişlərinin inkişaf etdirilməsi, Sosial ünsiyyət fəaliyyəti, Akademik lüğət və oxu vərdişləri)
  1. 1. Azərbaycan tarixi
  2. 2. Riyazi analiz və diferensial tənliklər
  3. 3. Fizika-1
  4. 4. Tərsimi həndəsə və kompüter qrafikası
  5. 5. Kimya
  6. 6. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  7. 7. Tələbə 7-ci fənn olaraq seçim fənnlərindən birini seçə bilər.
  1. 1. Meteorologiya -1 (050 Meteorology) ATPL
  2. 2. Elektrotexnika və elektronika
  3. 3. Hidravlika və Uçuş Aparatlarının hidropnevmoqurğuları
  4. 4. Təyyarənin konstruksiyası və sistemləri (021 aircraft general knowledge -1 – airframe and systems) ATPL
  5. 5. İnsan amili və məhdudiyyətlər (040 Human performance and limitation) ATPL
  6. 6. Uçuş dinamikası (082-principles of flight -2) ATPL
  7. 7. Tələbə 7-ci fənn olaraq seçim fənnlərindən birini seçə bilər.
  1. 1. Radio naviqasiya (062 Radio navigation) ATPL
  2. 2. Konkret təyyarənin avionikası (CESSNA 172S)
  3. 3. Kütlə və mərkəzləşmə (031 Mass and balance) ATPL
  4. 4. Konkret təyyarənin konstruksiyası, güc qurğusu, sistemləri və qəza-xilasetmə avadanlıqları (CESSNA 172S)
  5. 5. Heyətin imkanlarının idarə olunması (CRM)
  6. 6. Uçuşların planlaşdırılması və monitorinqi (flight planning and monitoring, Cessna 172S) ATPL
  1. 1. Uçuşların təhlükəsizliyinin təşkili və idarəedilməsi (SMS)
  2. 2. Hava nəqliyyatının hərəkətinin idarə edilməsi
  3. 3. Çoxnəfərli heyətin qarşılıqlı əlaqəsi (kooperasiyası) (A) (MCC)
  4. 4. Həyat fəaliyyətinin təhlükəsizliyi
  5. 5. Aviasiya təhlükəsizliyi
  6. 6. Bilik, bacarıq və yanaşma (Area 100 KSA) ATPL
YazYazYazYazYaz
  1. 1. Aviasiya ingilis dilinə giriş
  2. 2. Mühəndis ingilis dili
  3. 3. Texniki ingilis dili
  4. 4. Aeronavtikanın əsasları (Basic of aeronautics) ATPL
  5. 5. Xətti cəbr və analitik həndəsə
  1. 1. Ehtimal nəzəriyyəsi və riyazi statistika
  2. 2. Fizika-2
  3. 3. Aviasiya materialları
  4. 4. Texniki mexanika
  5. 5. Aerodinamika (082-principles of flight -1) ATPL
  6. 6. Naviqasiyanın əsasları (061- General navigation) ATPL
  7. 7. İstehsalat təcrübəsi - 1
  1. 1. Hava gəmilərinin radio avadanlıqları (aircraft general knowledge – instrumentations-3) ATPL
  2. 2. Aviasiya mühərrikləri və güc qurğuları (021 aircraft general knowledge -2 – power plant) ATPL
  3. 3. Hava gəmilərinin elektrik avadanlıqları (aircraft general knowledge 3 – electrics) ATPL
  4. 4. Hava Gəmilərinin uçuş-texniki xarakteristikaları (032 Performance airplanes) ATPL
  5. 5. Hava gəmilərinin cihaz avadanlıqları (aircraft general knowledge – instrumentations -1) ATPL
  6. 6. Uçuş əməliyyatları (Operational procedures) ATPL
  7. 7. Konkret təyyarənin aerodinamik xüsusiyyətləri və uçuş istismarı təlimatı (CESSNA 172S)
  1. 1. Uçuş aparatlarının avtomatik idarəetmə sistemləri (aircraft general knowledge – instrumentations -2) ATPL
  2. 2. Aviasiya qanunları və rəhbər sənədləri (010 Air law) ATPL
  3. 3. Vizual və cihazlarla uçuş qaydaları üzrə radiorabitə (090 IFR and VFR communications) ATPL
  4. 4. Mülki müdafiə
  5. 5. Peşə yönümlü ingilis dili
  6. 6. Meteorologiya -2 (050 Meteorology) ATPL
  1. 1. Konkret təyyarə üzrə kompüter təlimi (CBT) və trenajor hazırlığı (Embraer 190 təyyarəsi)
  2. 2. Konkret təyyarənin uçuş istismarı üzrə təlimatı (Diamond DA42)

* Məlumat Milli Aviasiya Akademiyası rəsmi saytından götürülmüşdür. Daha ətraflı məlumat üçün rəsmi sayta müraciət edin.

Uçuş mühəndisliyi keçid balları 2025 — universitetlər üzrə

DİM-in 2025-ci il qəbul nəticələrinə əsasən Uçuş mühəndisliyi ixtisasının universitetlər üzrə ödənişli və dövlət sifarişli keçid balları. «Əvvəlki illər» sütununda ödənişli balın tarixçəsi göstərilir.

UniversitetKodForma · DilÖdənişliDövlət sifarişliƏvvəlki illər
Milli Aviasiya AkademiyasıUçuş mühəndisliyi (tədris ingilis dilində)138412Əyani · İngilis415.5415.52024: 382.8 · 2023: 494.0

Öz balınla müqayisə et

İnteraktiv cədvəldə Uçuş mühəndisliyi ixtisasını digər ixtisaslarla müqayisə et, balını daxil edib hansı universitetlərə keçə biləcəyini gör.